Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yer kürəsi üçün "sürpriz" - Alimlərin proqnozu düz çıxmadı

02.09.2019 17:00 2 772
Yer kürəsi üçün
Cari il ərzində gücünə görə ikinci olan maqnit qasırğası bütün Yer kürəsi üzrə qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının alimləri məlumat veriblər.

"Geomaqnit aktivliyinin kifayət qədər gözəçarpan həddə güclənməsi hazırda planetimizdə, demək olar, bütün izləmə stansiyalarında qeydə alınıb", - deyə institutun saytında yazılıb.

Maqnit qasırğası avqustun 31-də başlayıb və çərşənbə axşamının səhərinədək davam edəcək. Alimlərin qeydə aldığı maksimal sıçrayışlar 5 ballıq cədvəllə 2 bal təşkil edir. Qasırğa Yer kürəsinə sürətli günəş küləyi axınının yaxınlaşması ilə bağlıdır.

"Lakin bazar günündən tez gözlənilməyən qasırğanın erkən başlanması, eləcə də, onun gücü (bu il üçün adi olan, minimal birinci səviyyəli qasırğa proqnozlaşdırılırdı) bir balaca sürpriz oldu", - deyə məlumatda qeyd olunur.

Dediyimiz kimi, hazırkı maqnit qasırğası gücünə görə bu ilin ikincisi olub.

"Ötən səkkiz ay ərzində bundan daha böyük hadisə yalnız bir dəfə qeydə alınıb - cari ilin mayında. O zaman qasırğa 5-dən 3-cü səviyyəyə çatmışdı", - məlumatda deyilir.

"Axının kifayət qədər yüksək sürətini, eləcə də, Günəşdəki sabit vəziyyəti nəzərə alsaq, böyük ehtimalla, o, sentyabrın 27-28-də yenidən Yer kürəsinə gələcək. Həmin günlər qasırğanın eyni gücdə olacağı, yaxud bu müddət ərzində plazma axınlarının sürətinin azalacağını indidən proqnozlaşdırmaq çətindir", - deyə alimlər bildirir.

Son xəbərlər