İstanbulda metro 24 saat işləyəcək
Türkiyənin İstanbul şəhərində metro 24 saat fəaliyyət göstərəcək.
Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu bildirib. O qeyd edib ki, uzun müddətdir düşünülən bu qərara avqustun 30-da saat 00:30-dan başlanılacaq:
“Daha çox istifadə edilən 6 metro stansiyasında bu tətbiq ediləcək və istifadə üçün saat 00:30-05:30 arasında sərnişinlərdən iki biletin haqqı alınacaq”.
E.İmamoğlu əlavə edib ki, ehtiyac yaranacağı təqdirdə daha bir neçə metronun da bu rejimdə işləməsi baş tuta bilər.