Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin ədliyyə naziri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirib

19.03.2025 17:45 1 716
Türkiyənin ədliyyə naziri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirib
"Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir. Məhkəmələr müstəqildir və heç kim onlara göstəriş verə bilməz".

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O, sözünün davamında vurğulayıb ki, Türkiyə ədliyyə orqanlarının başlatdığı araşdırmaları ölkə prezidentinin adı ilə əlaqələndirmək həddi aşmaqdır:

"Hər kəs bilməlidir ki, hüquqi dövlətdə cinayətin törədildiyi iddiası varsa, müdafiənin təşkil ediləcəyi yer küçələr deyil, məhkəmə orqanlarıdır. İstintaqın nəticəsini bilmədən onun lehinə və ya əleyhinə nəticə çıxarmaq doğru deyil. Təqsirsizlik prezumpsiyası vacibdir. Türkiyə məhkəmə sisteminə etibar etmək lazımdır. Qəbul ediləcək qərara hörmətlə yanaşmaq bizim ümumi məsuliyyətimizdir".

Türkiyənin ədliyyə naziri əlavə edib ki, hazırda E.İmamoğlu da daxil olmaqla ümumilikdə 106 nəfər saxlanılıb.

Son xəbərlər