Mojo.az Banner
Left Banner
Right Banner

Həyətdə fişəng partladan oğlan saxlanıldı

27.08.2019 13:57 3 080
Həyətdə fişəng partladan oğlan saxlanıldı
Avqustun 25-də gecə saat 01:00-da Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner