Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“Kənddən Şəhərə” yarmarkası Yasamalda

22.08.2019 21:47 1 561
“Kənddən Şəhərə” yarmarkası Yasamalda
Azərbayan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi "Kənddən Şəhərə" satış yarmarkası davam edir.

Median.Az
Trend-ə istinadən bildirir ki, vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (225 saylı məktəbin qarşısı) yerləşən yarmarka 21-25 avqust tarixləri arasında gündəlik olaraq fəaliyyət göstərəcək.

Belə ki, vətəndaşlarımız mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.

Yarmarkada fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin edilib, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçirilir.

Məlumat üçün bildirək ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) keçirilən yarmarka isə şənbə və bazar günləri fəaliyyət göstərir.

Son xəbərlər