Mojo.az Banner
18:25 Bayraq meydanında avtoşluq edən xanım sürücü cəzalandırıldı  |     18:22 Azərbaycanda abortların sayı ilk dəfə 95 mini keçdi - SƏBƏBLƏR  |     18:08 Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır  |     17:59 Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI  |     17:51 Bakının bir çox ərazisində SU QRAFİKLƏ VERİLİR - SİYAHI  |     17:42 Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək  |     17:36 "Olivia"da yoxlamalara əngəl olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi  |     16:32 Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxundu  |     16:17 Azərbaycanda Əməkdar müəllim VƏFAT ETDİ - FOTO  |     16:12 Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - FOTO - VİDEO  |     15:51 Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək  |     15:50 Quba-Qusar sərhədində sürüşmə qeydə alınıb  |     15:34 Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi - FOTO  |     15:29 Yumurta bu səbəb görə ucuzlaşdı - Elmlər doktoru açıqladı  |     15:25 Bakıda DÖRD NƏFƏR dənizdə batdı  |     15:10 Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?  |     15:07 Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ  |     13:54 Bu çimərliklərdə çimmək qadağan edildi - RƏSMİ  |     13:46 Bakıda müəllimlər nə qədər maaş alır?  |     13:37 Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü  |    
Left Banner
Right Banner

Novruz bayramında "Kənddən şəhərə" yarmarkası keçiriləcək - VAXTI isə...

27.02.2019 23:13 2 349
Novruz bayramında
Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək "Kənddən şəhərə" kənd təsərrüfatı yarmarkasının vaxtı məlum olub.

Median.Az
bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami küçəsi, 154 (Landmark Biznes Mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək:

"Martın 15-dən etibarən 1 həftə ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər".

Şirkətdən bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.

Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

Martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər.

скачать dle 11.3
Mojo.az Banner