"Böyüdükcə başa düşdüm ki, əsl həyat futbolda deyil" - Ronaldodan maraqlı müsahibə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |     22:58 “Adsız Mercedes”lərin istehsalı başlandı - FOTO  |     22:50 “28 May”ın ətrafı: 75 il 44 saniyədə - VİDEO  |     22:42 Bərdədə çayda batan Əlinin - Fotosu  |     22:37 ÇL-də İngiltərənin 6 klubu olacaq  |     22:30 Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI  |     22:25 Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin  |     22:18 Rafael Ağayev əməliyyat olundu - FOTO  |     22:13 “Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər  |     22:05 Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA  |     21:59 Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik  |     21:53 KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI  |     21:47 “WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi  |     21:39 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"  |     21:34 "Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı  |     21:25 Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA  |     21:19 770 min manat vergi borcu olan şirkət kimindir?  |     21:12 BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq  |     21:04 Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?  |     20:59 Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO  |    

"Böyüdükcə başa düşdüm ki, əsl həyat futbolda deyil" - Ronaldodan maraqlı müsahibə

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Portuqaliyanın TVI telekanalına geniş müsahibə verib.

Median.Az
qol.az-a istinadən xəbər verir ki,müsahibədə Ronaldo bir sıra maraqlı məqamlara toxunub. O, bir qadını zorlaması iddialarına da toxunub.

"Özümü maddi planda sakit hiss edirəm"

- Hazırda özümü maddi planda sakit hiss edirəm. Mənə cəlbedici layihələr lazımdır. "Yuventus" onlardan biridir. Bu komanda həmişə xoşuma gəlib. İtaliyanın bir nömrəli, dünyanın ən yaxşı komandalarından biridir.

Gələcək karyerası haqda

- Futbolu gələn il də, 40-41 yaşımda da bitirə bilərəm. Həmişə deyirəm ki, indiki anla yaşamaq lazımdır. Bu an isə əladır. Buna sevinməliyəm. Hesab edirəm ki, heç bir futbolçunun mənim qədər rekordu yoxdur.

"Pul heç kimi böyük komanda etmir. Baxın, "Barselona"ya..."

- Çempionlar Liqası başlıca vəzifədir, amma onu almaq mümkün deyil. Hamı bu turniri udmaq istəyir. Amma bu, yalnız sözdən ibarət olmamalıdır. Hədəfinə çatmaq üçün eyni ruhla addım-addım irəliləməlisən. Biz başa düşməliyik ki, pul heç kimi böyük komanda etmir. Baxın, görün neçə ildir, "Barselona", "Bavariya" və PSJ ÇL-i uda bilmir..


Futbol daha onun həyatı deyil

- Vaxt vardı düşünürdüm ki, futbol mənim həyatımdır. O zaman əgər uduzurdumsa, yemək yeməyə bilərdim. Otağıma qapanır və oradan yalnız ertəsi günü çıxırdım. Böyüdükcə isə başa düşdüm ki, əsl həyat futbolda deyil. Əlbəttə, siz futbola köklənməlisiniz. Çünki bu, sizin həyatınızdır. Amma uzaqlaşmaq da lazımdır. Corciana (həyat yoldaşını nəzərdə tutur - red.) futbol barədə heç nə bilmir. Mən də bundan razıyam. O, sadəcə, mənim kimi düşünür, qərarlarımı dəstəkləyir. Məsələn, Turinə gəlməyimə müsbət yanaşdı.

"Real"dan getmək haqda

- Bu haqda çox düşündüm. Ən çox da oğluma görə. Asan deyildi. Madriddə 9 il yaşadım. Bu, mənim karyeramın 60 faizi deməkdir. 17 titul uddum. Mən digər çağırışlar gözləyirdim. Oğlum Kriştianitoya Madriddən getmək çətin idi. Çünki onun orda çoxlu dostu var. Amma mən onu neçə ay buna hazırladım. O, başa düşürdü ki, atası "Real"dan gedə bilər. Düzdür, buna inanmaq istəmirdi, amma bunun baş verə biləcəyini gözləyirdi. Mən elə insanam ki, komfortlu zonada qala bilmirəm. Madrid yaxşı yer idi. Amma mən yeni çağırışlar istəyirdim. Turinə uyğunlaşma yaxşı keçdi. İndi oğlum dörd dildə məndən yaxşı danışır.



"Yaxşı nümunələri mənimsəyib təkrarlamağı xoşlayıram"

- Mən artıq futbol tarixindəyəm. Təsadüfi deyil ki, Messi ilə birgə yeganə futbolçularıq ki, beş dəfə "Qızıl top"da birinci olmuşuq. Uğur qazanmaq mənim işimdir. Yenisi olsa, bununla dünya dağılmayacaq. Mənim həm fərdi, həm də komanda şəklində motivasiyam çox yüksəkdir. Əks halda karyeramı çoxdan başa vurmuşdum. Başqa idmançılardan öyrənməyi xoşlayıram. Məsələn, Obikvelu... (portuqaliyalı yüngül atlet Frensis Obikvelu. Ronaldo bu yay onunla məşq edib - red.). Yaxşı nümunələri mənimsəyib təkrarlamağı xoşlayıram.

Zorlama iddiaları haqda

- Bu, mənim həyatımda peşəkar futboldan kənar ağır il oldu. Bəlkə də ən ağır il. Əgər insanlar sənin ləyaqətinə şübhə edirlərsə, bu, ağrılıdır. Xüsusən əgər ailəli və dörd övlad atasısansa. Mənim doqquz yaşlı oğlum ağıllıdır. Hər şeyi başa düşür. O, bu haqda yazıları qəzetlərdən oxuyurdu. Bütün ailəm bu ağır mərhələdən keçdi. Bu, mənim danışmağı uyğun bilmədiyim bir mövzudur. Çox yaxşı ki, bu məsələdə günahsızlığım sübut olundu. Mənim dostlarım, yaxınlarım, məni sevənlər bilirdilər ki, təqsirim yoxdur. Onlarla fəxr edirəm.

Müasir həyat haqda

- Bu haqda çox düşünməməyə çalışıram. Sosial şəbəkələri, interneti, mobil telefonları, kompüter oyunları olan bu dünya mənim çox xoşuma gəlmir. Amma bir ata olaraq, buna uyğunlaşıram.

Özünə maddi qiymət qoydu: 300-400 milyon

- Transfer qiymətimi demək çətindir. Bu gün çox futbolçunun qiyməti 100 milyondur. Joau Feliks "Benfidan" "Atletiko"ya 126 milyona keçib) xüsusi haldır. Amma əgər siz 75 milyona satılan müdafiəçiləri görsəniz... İndi bazar belədir. Yəqin ki, mən onlardan 3-4 dəfə bahayam.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 546 21.08.19 19:45