14:31 Ailəvi istirahət mərkəzindəki quşlar aidiyyəti üzrə təhvil verildi  |     14:20 Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR  |     14:15 Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq  |     14:04 Paşinyan: "Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq"  |     14:03 Leyla və Arzu Əliyevalar Talassemiya Mərkəzində olublar - FOTO  |     13:59 "Tərtər işi" ilə bağlı həbs edilən general Bəkir Orucovla bağlı qərar verildi  |     13:41 Təhsil sektorunun müdirinə TÖHMƏT VERİLDİ  |     13:32 Polis Akademiyası kursantlarından “Zəfər təntənəsi” - Video  |     13:30 Türkiyə F-16-ları Bakıda keçiriləcək paradda iştirak edəcək  |     13:22 Ermənistan hökuməti müdafiə ehtiyacları üçün əlavə 11 milyon dollar ayıracaq  |     13:04 "Neftçi" klubu 2500 manat cərimələndi  |     12:53 "2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik" - Kobaxidze  |     12:50 Qəbul və buraxılış imtahanlarında “köməklik” göstərən şəxslərin cinayət işi məhkəməyə göndərildi  |     12:40 Mühafizəçi direktorun evindən antik əşyalar oğurlayıb - 200 minlik cinayətin DETALLARI  |     12:40 "Sovetski"dəki 50-dən artıq binaya tarixi bina statusu veriləcək  |     12:33 Yaponiyada ordu ayılara görə səfərbər edildi  |     12:26 6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür  |     12:20 Alimlər idmanla bağlı məşhur mifi aradan qaldırıblar  |     12:17 Arzu Əliyeva "Zəfər sevinci" adlı ədəbi-musiqili gecədən paylaşım edib - Video  |     12:12 Azərbaycanda Super Ay hadisəsi müşahidə olundu  |    

Qadın həbsdəki ərinə “narkotikli kotlet” gətirdi - FOTO

Bakıda qadın həbsdə olan ərinə narkotik keçirməyə çalışarkən yaxalanıb.

Penitensiar Xidmətin yaydığı məlumata görə, hadisə 16 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman məlum olub ki, sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə - heroin yerləşdirilib.

Digər bir fakt 11 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Məhkum Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 824 13.08.19 13:29