Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır |
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan yeznəsinə narkotik aparan şəxs saxlanılıb

15.02.2021 19:44 1 080
Həbsdə olan yeznəsinə narkotik aparan şəxs saxlanılıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Rzayev Razi Arif oğluna qaynı, Gəncə şəhər sakini Məmmədov Arzu Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kartofun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə ümumi çəkisi 0,683 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,042 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər