Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı mütəxəssislər də Azərbaycanın hərbi təyyarəsini axtaracaqlar

08.08.2019 16:32 3 350
Rusiyalı mütəxəssislər də Azərbaycanın hərbi təyyarəsini axtaracaqlar
Rusiya Xəzər donanmasının mütəxəssisləri Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcəklər.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə jurnalistlərə Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev məlumat verib.

O deyib ki, Xəzər donanmasının qəza-xilasetmə dəstəsinin mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin axtarışı üzrə birgə tədbirlərdə iştirak etmək üçün göndərilib:

“50 nəfərlik xilasetmə dəstəsinin tərkibində “Anatoli Qujvin” hidroqrafik gəmisi, “SB-45” xilasedici yedək gəmisi var. Axtarışlarda uzaqdan idarə edilən sualtı “Falkon” aparatı, “Super GNOM Pro” sualtı kompleksi və “Tayqer” sualtı aparatının istifadəsi də nəzərdə tutulur.

Axtarış məkanının təxmini sahəsi 600 kv kilometrdən artıq, dərinliyi isə 40 metrə qədərdir”.

Azərbaycan Müdafiə Nazirliyi faktı Oxu.Az-a təsdiq edib.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Son xəbərlər