Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Semaşko”dan başına ağac düşən qızdan pul alınması iddialarına - CAVAB

07.08.2019 16:17 2 035
“Semaşko”dan başına ağac düşən qızdan pul alınması iddialarına - CAVAB
1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko” xəstəxanası) həkimi Almasxan Zeynalov başına ağac budağı düşərək xəsarət alan Simnarə Qənbərlinin ittihamlarına cavab verib.

O, xəstə daxil olarkən yanında heç bir qohumunun olmadığını vurğulayıb:

“Təcili yardım maşını ilə pasiyent buraya daxil olan zaman onun heç bir qohumu yanında olmayıb. Xəstə daxil olan kimi başında yarası olduğuna görə sarğı otağına göndərilib. Orada yaraları tikilib.

Yarası tikilib qurtarana yaxın anası gəlib. Yarası tikildikdən sonra isə xəstə kompüter müayinəsinə göndərilib. Kəlləni kompüter müayinəsi etdikdən sonra sağ nahiyədə əzilmə müşahidə edilib.

Pasiyenti kompüter müayinəsi etdikdən sonra kəllə sümüklərində travmatik dəyişiklik qeydə alınmayıb. Nə qansızma, nə də kəllə sümüyündə sınıq olub”.

Həkim iddia edir ki, anası təkidlə qızı xəstəxanadan evə aparıb:

“Xəstənin anasına təklif olunub ki, o, xəstəxanada qalsın. Anası isə qızını evə aparmaq istəyib. Dedim ki, mən deyə bilmərəm ki, bu xəstəni götür, evə apar. Ancaq biz heç kəsi burada ayağından tutub çarpayıya bağlamırıq. Sadəcə nəzərlərinə çatdırdım ki, xəstə müalicə olunmalıdır. Qadın yenə də dediyindən dönmədi”.

Həkim deyir ki, müayinə ilə bağlı diaqnozun nəticələrini xəstə yaxınları istəməlidir, lakin ailə belə bir tələblə müraciət etməyib:

“Xəstənin diaqnozunu verməkdən ötrü müraciət olmalıdır. Qeydiyyat şöbəsində jurnalda o, fiksə olunub. O, arayış şəklində təqdim olunur. Yoxsa kompüterin, rentgenin cavabı ayrı-ayrılıqda verilmir” .

Xəstəxanada onlardan pul alınmasına gəlincə isə həkim bunları deyib:

“Özü də gəldi, yoldaşı da gəldi, sual verdim ki, mən sizdən pul istəmişəm? Təcili yardımda buraya “bomj”, küçədə qalmış gəlir. Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?! Adamın ən azından vicdanı olar. Buraya xəstələr gəlir, günlərlə yaxınlarını tapa bilmirik.

Bu, insanlığa uyğun gəlmir. Bizim xəstəxana haqqında hər şey danışırlar. Respublikanın ağır yükünü belində daşıyan bir kollektivə belə söz demək düzgün deyil”.

Qeyd edək ki, ötən gün Baku TV-yə danışan Simnarə Qənbərli bildirmişdi ki, ona xəstəxanada çox kobud davranıblar və yaxınlarından pul istəyiblər.


Son xəbərlər