Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünü ərəb şeyxinin arvadı kimi qələmə verib Parisin bahalı butikini soydu

03.08.2019 19:08 1 708
Özünü ərəb şeyxinin arvadı kimi qələmə verib Parisin bahalı butikini soydu
Parisdə artıq adi hal alan, lakin qeyri-adi üsulla törədilən növbəti oğurluq hadisəsi baş verib.

Median.Az
musavat.com-a istinadən bildirir ki, bu ilin iyulun 31-də şəhərin mərkəzində yerləşən zərgərlik mağazalarından birinə iki qadın daxil olub.

Onlardan biri özünü Dubay şeyxinin arvadı, digərini isə köməkçisi kimi təqdim edib.

Satıcının sözlərinə görə, qadınlar bəzək əşyalarını seçdiyi zaman dükana dəfələrlə müxtəlif zənglər həyata keçirilib.

Ən sonda qadın seçdiyi məmulatların pulunu növbəti gün verəcəyini deyərək mağazanı tərk edib. Öncə qadınların bir şey almadan çıxması satıcını aldadıb. Daha sonra içində ləl-cəvahirat olan qutunun içindən bəzək yerinə şokolad konfetlərinin çıxması hər şeyi aydınlaşdırıb.

Yerli BFM TV-ni məlumatına görə, oğurlanan zərgərlik məmulatlarının ümumi dəyərinin 1,3 milyon avro olduğu güman edilir. Hazırda Paris polisi zirək qarətçilərin izinə düşüb.

Qeyd olunur ki, iyul ayında Braziliyanın San-Paulu şəhərinin hava limanında qarətçilər polis formasında 750 kq qızıl və digər qiymətli metalları oğurlamağa müvəffəq olmuşdular. Oğurlanan məmulatlar 40 milyon dollar məbləğində dəyərləndirilib.скачать dle 11.3

Son xəbərlər