Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

30.03.2024 21:06 1 278
Ramazan ayında qızıl bazarında vəziyyət necədir?
Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür.

Bunu ”Trend”ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb.

“Qızıl bazarında 8 Mart və Novruz bayramından əvvəl aktivlik var idi. Lakin ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Çünki bu ayın bayram günlərində insanlar istirahət etməyə daha çox üstünlük verirlər.

Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf dinamikası keçib. 2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 230 milyon manatı keçdi. Ancaq son altı ayda bazarda ciddi zəifləmə müşahidə olunur. Bunun əsas səbəbi xam qızılın qiymətində ciddi artımın olmasıdır. Bu da məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti aşağı düşür”.

T.Abbasquliyev qeyd edib ki, zərgərlik bazarında qiymətlərin bahalaşıb-ucuzlaşması bayramla bağlı deyil.

“Ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və daşların birja qiyməti ilə tənzimlənir. Son beş il ərzində zərgərlik bazarında mart ayının əvvəlində bahalaşma olur. Bu da dünyada 8 Mart bayramı münasibətilə zərgərlik məmulatlarının satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın 52%-i zərgərlik məmulatlarının istehsalına yönəldilir”, - deyə o yekunlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner