Mojo.az Banner
15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |    
Left Banner
Right Banner

Qızıl bazarında bahalaşma nə vaxta qədər davam edəcək?

10.08.2024 15:48 1 350
Qızıl bazarında bahalaşma nə vaxta qədər davam edəcək?
Azərbaycanın qızıl bazarında bahalaşma tendensiyasının bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırmaq olar.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" ictimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

"Bu bazar qiymətli metalların və qiymətli daşların birja qiymətləri ilə tənzimlənir: "Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 430-2 440 ABŞ dolları (4 131-4 148 manat) arasında dəyişir. O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır", - deyə o qeyd edib.

R.Əmircanovun sözlərinə görə, yaxın vaxtlarda dünya bazarında qızılın 1 unsiyasının qiymətinin 2 500 ABŞ dollarını keçəcəyi gözlənilir: "Araşdırmalar nəticəsində məlum olub ki, 999,9 əyarlı külçə və sikkələrə tələbat daha çoxdur. Çünki onlar daha çox investisiya aləti kimi alınır".

"Araşdırmalarımız həm də onu göstərir ki, ölkədə zərgərlik məhsullarının satışı daha çox toylarla bağlıdır. "Həmişəki kimi Ramazan və Məhərrəmlik aylarında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti təqribən 50 % aşağı düşür. Qızıl bazarında 8 Mart və Novruz bayramları öncəsi aktivlik hiss olunur".скачать dle 11.3
Mojo.az Banner