Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransada sabiq naziri və arvadını tualetə salıb brilyantları oğurladılar

24.07.2019 21:58 1 644
Fransada sabiq naziri və arvadını tualetə salıb brilyantları oğurladılar
Naməlum şəxslər Fransanın sabiq İqtisadiyyat naziri Terri Bretonun Parisdə yerləşən mənzilinə basqın ediblər.

“RİA Novosti”nin “France info”ya istinadən yaydığı xəbərə görə, qarətçilər naziri arvadı ilə birgə tualetə salıb və qapını arxadan bağlayıblar.

Mənzildən 55 min avro dəyərində əşya oğurlanıb. Hadisə iyulun 20-dən 21-nə keçən gecə baş verib.

Qara geyimdə olan iki naməlum şəxs onların mənzilinə hücum edən zaman cütlük yatıbmış. Oğrular keçmiş naziri və arvadını döyüb, onları tapança ilə hədələyərək zinət əşyaları saxlanan seyfi açmalarını tələb ediblər.

Zinət əşyalarını ələ keçirən qarətçilər ərlə arvadı tualetə salaraq, qapını arxadan bağlayıblar. Mənzildəki digər qiymətli əşyaları götürəndən sonra oğrular evi tərk ediblər. Oğurlanan əşyalar arasında qızıl külçə və brilyant daşlarla bəzədilmiş qolbağ da olub.

Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, nazirin başına gələn ilk oğurluq hadisəsi deyil. Cari ilin mayında özlərini zərgərlik məmulatları üzrə ekspert kimi təqdim edən şəxslər onun arvadını aldadaraq, 45 milyon avroluq almazını oğurlamışdılar.скачать dle 11.3

Son xəbərlər