Mojo.az Banner
19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |     14:41 İranın Natanzdakı nüvə obyekti vuruldu  |     14:14 Bu ərazi qazsız qaldı  |     13:44 Qətərdəki dünya çempionatı ləğv edildi  |     13:33 Bu ölkədə güclü zəlzələ oldu  |     13:25 TƏBİB bu nazirliyə birləşdirilir  |     13:19 Münasibətin bitdiyini göstərən 4 əsas əlamət  |     13:04 Azərbaycan nefti yenidən bahalaşıb  |    
Left Banner
Right Banner

Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi - VİDEO

25.08.2020 18:50 1 597
Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi - VİDEO
Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Baku TV xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan, 27 yaşlı Qafarlı Əlizadə saxlanılıb.

Onun evindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səkkiz ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə satış məqsədi üçün nəzərdə tutulub.

Axtarış zamanı mənzildə müxtəlif mobil telefonlar və məişət əşyaları aşkar edilib. Bunların narkotik vasitələrin satışı müqabilində əldə edildiyi ehtimal olunub.

İstintaq zamanı müəyyən edilib ki, ünvanda aşkarlanan rəqəmsal televizor oğurluq olub. Həmin televizoru ona narkotik əvəzinə silsilə oğurluqlar edən şəxslər verib.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar edən 24 yaşlı Fərhad Eyvazov və həmyaşıdı Qəribağa saxlanılıb. Əlbir oğrular beş evdən, ümumilikdə, 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurlayıblar.

Bu ilin yanvar ayının 29-da onlar Şirvan sakini Günay Gözəlovaya məxsus mənzildən 11 min 290 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları və 800 ABŞ dolları nağd pul oğurlayıblar.

Qarətçilər may ayında Şirvan sakini Xəyalə Mehdiyevaya məxsus mənzildən mobil telefon, 320 manat dəyərində qızıl, 1900 manat və 10 min ABŞ dolları nağd pul oğurlayıblar.

Bu azmış kimi, onlar iyun ayında Şirvan sakini, Həyat Əliyevaya məxsus mənzildən 700 manat dəyərində noutbuk, 290 manat dəyərində mobil telefon, 8600 manat dəyərində qızıl-zinət əşyaları - ümumilikdə 9650 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.

Avqust ayında Şirvan sakini Fikrət Axundova məxsus mənzildən bir ədədi 1300 manat dəyərində iki ədəd plazma televizor, 700 manat dəyərində noutbuk və digər məişət əşyaları, ümumilikdə, 2150 manat oğurlanıb.

İstintaq daha bir evdən oğurluq edilməsi barədə məlumat əldə etsə də, həmin evin sahibi şəhərdə olmadığından oğurlanan əşyalar barədə məlumatlar onun müraciətindən sonra araşdırılacaq.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner