Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail kosmosda bakteriyaların antibiotiklərə reaksiyasını öyrənəcək

31.07.2019 19:54 1 530
İsrail kosmosda bakteriyaların antibiotiklərə reaksiyasını öyrənəcək
İsrail Avropa Kosmik Agentliyi ilə əməkdaşlıqda kosmik məkanda dörd elmi eksperiment aparacaq.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyinin missiyasının tərkib hissəsi olacaq proqram İsrail Elm və Texnologiyalar Nazirliyi və “Space Pharma” şirkəti ilə əməkdaşlıqda həyata keçiriləcək.

Layihənin məqsədi alimlərə açıq kosmos şəraitində bakteriyalar üzərində eksperimentlər aparmaq üçün imkan yaratmaqdır. Tədqiqat iştirakçısı – İsrailin “Sheba” Tibb Mərkəzinin mütəxəssisinin sözlərinə görə, tədqiqat qruplarına kosmosa belə eksperimentlərin aparılması üçün materiallar göndərmək imkanı çox təsadüfi hallarda verilir. Demək olar, bu imkan unikaldır.

Məlumata görə, İsrail oktyabrda buraxılışdan sonra kosmosda bakteriyaların öyrənilməsi üzrə dörd elmi eksperiment keçirəcək. İsrail və İtaliya alimlər qrupu tərəfindən hazırlanan əsas tədqiqatın məqsədi bakteriyaların Yer qravitasiyasının olmadığı şəraitdə antibiotiklərə reaksiyasının öyrənilməsidir.

Daha iki eksperiment zamanı alimlər bir sıra fermentlərin xəstəliklərə səbəb olan bakteriyaların yetişdirilməsini parçalamaq və immun sisteminin düzgün fəaliyyəti üçün vacib olan albumin zülalının qan molekullarına yapışma qabiliyyətini tədqiq etmək niyyətindədirlər. Dördüncü eksperimenti DNT molekullarının davranışı və insan orqanizminin qocalma hüceyrələri arasında korrelyasiyanın müəyyənləşdirilməsinə həsr olunacaq.

Son xəbərlər