Mojo.az Banner
14:47 AZAL Bakı-Naxçıvan reyslərini bərpa etdi  |     14:47 Azərbaycan nefti ucuzlaşdı  |     14:45 Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb  |     14:40 Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs edildi  |     14:36 Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO  |     14:31 İran milli komandasının Meksikadakı məşq bazasının yaxınlığında üzərində zorakılıq əlamətləri olan cəsəd tapıldı  |     13:57 Əli Əsədov Ünal Üstel ilə görüşüb  |     23:00 ABŞ və İran razılığa gəldilər  |     22:53 İkinci dəfə "Çeçenistan qəhrəmanı" oldu  |     22:44 33 il sonra Kəlbəcərin ilk məzunu  |     22:39 İtkin model Epşteynin qurbanı olub?  |     22:33 5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika  |     22:24 Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb  |     22:16 Xəstəxanada həkimin pullarını oğurlayan şəxsə hökm oxundu  |     22:10 Naxçıvan reyslərini icra edən təyyarələr Bakıya geri qayıdıb  |     22:05 Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı  |     21:57 Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub  |     21:50 Qonaq getdiyi kənddə kanalda batdı  |     21:46 1 və 3 qəpiklər dövriyyədən çıxarılır?  |     21:41 Xərçəng xəstəliyi artır - 2050-ci il üçün proqnozlar açıqlandı  |    
Left Banner
Right Banner

"Jara"nın üçüncü günündə baş verənlər - FOTO

27.07.2019 22:53 2 711
Bu gün "Jara-2019" nüfuzlu beynəlxalq musiqi festivalının növbəti üçüncü günü öz işinə start verib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, məşhurlar səhnə nömrələrini məşq etmək üçün günortadan bəri "Jara"nın səhnəsinə axın ediblər. Rusiyanın və Azərbaycanın sevilən ulduzları tamaşaçılara qüsursuz şou bəxş etmək üçün peşəkar rəqqaslarla birlikdə saatlarla məşq ediblər.

"Jara" festivalının üçüncü günündə Rusiyanın məşhur ulduzu Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçiriləcək.

Bir neçə dəqiqə bundan öncə isə şən və səmimi şərhləri ilə həm müğənnilərə həmdə tamaşaçılara pozitiv dəqiqələr yaşadan Konstantin Tarasyuk və Yana Koşkinanın təqdimatında "qırmızı xalı" şousu başlayıb.

Bu gün bu xalıda Rusiyanın super ulduzları - "NaNa" qrupu, Nataliya Podolskaya, "Hi-Fi" qrupu, Aleksandr Malinin, Zomb, Brandon Stone, Alyona Şişkova, Aleksandr Qreçanik, Asammuel, "MBAND" qrupu, Lyubov Uspenskaya, Slava, İrina Nelson, Aleksandr Buynov, Layma Vaykuli, Jasmin, Nataşa Koroleva, Anita Tsoy, Stas Pyexa, İrina Dubtsova, Rondo qrupu iştirak etdilər.

Rusiyalı ulduzlarla bərabər şouya yerli sənətçimiz də qatılıb. 2014-cü ildə "Avroviziya" film müsabiqəsində Azərbaycanı "Start-A Fire" mahnısı ilə təmsil edən cazibədar müğənni Dilarə Kazımova da qırmızı xalı üzərinə çıxıb. Kazımova geyindiyi libası ilə diqqət çəkməyi bacarıb. Öndən sinə dekolteli ağ libas geyinən Dilarə başına qızılı böyük tac qoyub.

Başına böyük tac taxan Kazımova bugünkü imicini bu cür şərh edib:

"Çalışıram hər dəfə tamaşaçılara fərqli bir şeylər təqdim edim. Bu dəfə də xüsusi kolleksiya hazırladıq. Rəqqaslar da "Jara" səhnəsində maraqlı şou göstərəcəklər. Başımdakı tac göründüyü kimi o qədər də ağır deyil. Rəqsimi də geyimimə uyğunlaşdırmışam".

Qeyd edək ki, “Jara” layihəsinin təşkilatçıları Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının Əməkdar artisti Qriqori Leps və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

скачать dle 11.3
Mojo.az Banner