Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Evimizi yanğından necə qoruyaq? - Bunları qəti etməyin!

24.07.2019 20:49 3 044
Evimizi yanğından necə qoruyaq? - Bunları qəti etməyin!
Demək olar ki, hər gün ölkədə müxtəlif yanğın xəbərlərinin şahidi oluruq. İstər bina evlərində, istər həyət evlərində bu cür hallar tez-tez yaşanır. Bəzən bu hadisələr çox kiçik bir məsuliyyətsizliyin, nəzarətsizliyin nəticəsində baş verir. Bu kimi hallarla qarşılaşmamaq üçün nə kimi tədbirlər görməliyik? Yaşadığımız evi yanğından necə qorumalıyıq?

Median.Az
bildirir ki, mətbuat.az məsələ ilə bağlı təhlükəsizlik üzrə tanınmış ekspert Elmar Nurəliyevin fikirlərini öyrənib. Ekspert bildirib ki, həyət evlərində təhlükəsizlik qaydalarına əvvəlcə tikinti-təmir zamanı diqqət yetirilməlidir:

"Fərdi yaşayış evlərində, həyət evlərində və binalarda yaşayan sakinlər tərəfindən riayət olunmalı olan yanğın təhlükəsizlik qaydaları vardır ki, onlara əməl edilməlidir. İlk öncə, evin ilk sahibi şəxs özüdürsə, evin təmirində yanğın təhlükəsizliyinə dair normativləri nəzərə almalıdır. Yəni, təmir vaxtı keyfiyyətsiz mal, materiallardan istifadə etməməlidir. Evin əsas elektrik xətlərini keyfiyyətli naqillərdən istifadə edərək çəkməlidir. Daha sonra otaqların və mətbəxin təyinatına uyğun normalar nəzərə alınmalıdır. Demək olar ki, çoxumuz hazır evləri alırıq. Bilmirik bizdən qabaq burada yaşayan insan evi necə təmir edib, nələri nəzərə alıb, hansı keyfiyyətli materiallardan istifadə edib və s. Buna görə biz evdə yanğın təhlükəsizliyinə dair tələblərə əməl etməliyik".


Ekspert, həmçinin qeyd edib ki, elektriklə işləyən cihazlardan ehtiyatlı olmaq, elektrik xətlərinin yüklənməməsinə fikir verməliyik:

"Texnologiyanın inkişafının müsbət tərəfləri olduğu kimi, insanların bundan düzgün istifadə etmədikdə, mənfi tərəfləri də vardır. Baş verən yanğın hadisələrinin statistikasına baxsaq, elektrik qısaqapanmasından baş verən yanğın hadisələri çoxluq təşkil edir. Ona görə, elektriklə bağlı olan hər şeyi ciddi nəzarətdə saxlamaq lazımdır. Birinci növbədə, elektrik xətlərini yükləmək olmaz. Evdə eyni anda həm televizor işləyir, həm kondisoner, həm paltaryuyan, həm kompüter, həm yemək hazırlamaq üçün elektrik qızdırıcısı və s. Bunu daha da uzatmaq olar ki, bu da, öz növbəsində, elektrik xətlərinin yüklənməsi deməkdir. Yüklənmə nəticəsində xətlərdə qızma olar, qısaqapanma yaranar və yanğın təhlükəsi yarana bilər. Ona görə, eyni anda bu qədər elektrik ilə çalışan avadanlıqları işlətmək məsləhət deyil. Daha sonra elektriklə bagli uşaqların da təhlükəsizliyi nəzərə alınmalıdır. Elektrik birləşmə yerlərində qoruyucu qapaqlardan istifadə edilməklə bunu etmək olar".


Elmar Nurəliyev yanğınlara əsas səbəblərdən olan qaz xətlərinə və qazla işləyən cihazlara da diqqət yetirməli olunduğunu vurğulayıb:

"Hamam otağında kustar üsulla hazırlanan sobalardan istifadə etməmək lazımdır. Mətbəxdə qaz cihazını quraşdırarkən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Qaz cihazını rezin boru, birləşmə yerini məftillər ilə sıxmaqla, evin içərisinə, köməkçi otaqlara və hətta yataq otağına ehtiyyat qaz balonlarını qoymaq yolverilməzdir və çox təhlükəlidir. Qaz cihazlarının üzərində paltar qurutmaq yanğın təhlükəsi yarada bilər. Məişətdə istifadə olunan vasitələri (təmizlik vasitələri, kislata, asiton, kimyəvi tərkibli rəngli boyalar, pastalar və.s) saxlayarkən onların yanmaya meyilli, tez alışan vasitələrin yanında olmamasına diqqət etmək lazımdır".


Təhlükəsizlik üzrə ekspert bina evlərində təhlükəsizliklə bağlı vurğulayıb ki, eyvanda kabab çəkmək, evə girərkən dərhal işığı yandırmaq yolverilməzdir:

"Məhəccərdə artıq əşyalar saxlamaq, açıq alovdan istifadə etmək, kabab çəkmək, siqaret çəkmək yolverilməzdir, yanğın təhlükəsi yarada bilər. Evdən çıxarkən evə nəzarət edib, elektrikə qoşulu qalan avadanlıqların olmamasına baxdıqdan sonra çıxmaq lazımdır. Çöldən evə girərkən, ən əsas da bir neçə gün evdə olmadıqdan sonra evə gələrkən qapını açan kimi işığı yandırmamışdan qabaq, evdə qaz iyinin olmamasına əmin olmaqlısınız. Buna görə evi ən azı 2-3 günlük tərk edib qayıdandan sonra, evə girən kimi havasını dəyişmək lazımdır. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə bədbəxt hadisələrdən qorunmaq olar".

скачать dle 11.3
Mojo.az Banner