Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

20.07.2019 15:26 4 759
Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) zamanı baş tutacaq yarışların keçiriləcəyi 12 idman obyektində olub və onların Festivala hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Bunu oxu.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, EYOF iştirakçıları üçün Atletlər kəndində istirahət və yarışlara hazırlıq məqsədi ilə bütün lazımi şərait yaradılıb:

“Atletlər kəndi qapılarını rəsmi olaraq iyulun 18-də idmançıların üzünə açıb. Bakıya ilk olaraq İspaniya nümayəndə heyəti gəlib. Paytaxta gələn əcnəbi idmançılar öz nömrələrində yerləşdirilir.

Ümumilikdə yeddi bina atletlərin xidmətindədir. Atletlər kəndində sutka boyu fəaliyyət göstərən kafe, əyləncə mərkəzi var. Avropa Festivalında 14-18 yaşlı gənclər yarışacaqlar. Təbii ki, onlar istirahət etmək istəyəcəklər”.

S.Məmmədova qeyd edib ki, bəzi idmançıların valideynləri övladları ilə birlikdə Azərbaycana turist qismində gəlib. Nazirlik rəsmisi deyib ki, valideynlər Atletlər kəndində övladlarına baş çəkmək üçün ayrıca saatların ayrılması xahişi ilə yarışın təşkilatçılarına müraciət ediblər.

“Biz ilkin olaraq Avropa Festivalında 36 dövlətin nümayəndələrinin iştirak edəcəyini gözləyirdik. Lakin yarışların yaxınlaşması ilə Avropa Olimpiya Komitəsinə yeni müraciətlər daxil olub, nəticədə Bakıya Avropanın 47 ölkəsindən idmançı gəlib. Tərəfimizdən Avropanın bütün dövlətlərinə iştirak etmək üçün dəvət göndərilib”, - deyə S.Məmmədova əlavə edib.

Onun sözlərinə görə, atletlər idman obyektlərinə xüsusi nəqliyyatla çatdırılacaq:

“Bundan başqa, sabah saat 17:00-dan 01:00-dək metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarından açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalına ödənişsiz avtobuslar hərəkət edəcək. Bileti olan və akkreditasiyadan keçmiş hər kəs həmin avtobuslardan istifadə edə bilər. Akkreditasiyadan keçənlər Avropa Festivalı çərçivəsində Bakıda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər”.

S.Məmmədova əlavə edib ki, azarkeşlər bütün idman obyektlərində yarışları ödəniş etmədən izləyə biləcəklər.


скачать dle 11.3
Mojo.az Banner