Mojo.az Banner
13:04 11 kiloqramdan çox narkotik vasitə aşkarlandı  |     12:53 Əlində protexniki vasitə partladı - 13 yaşlı uşağın barmağı amputasiya edildi  |     12:53 "Brent"in qiyməti 100 dollardan aşağı düşüb  |     12:49 Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü  |     12:46 İsrail Tehrandakı iki raket zavoduna ZƏRBƏLƏR ENDİRDİ  |     12:40 Bakıda və Abşeron yarımadasında yağıntı GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ  |     12:35 Qızıl təxminən dörd faiz BAHALAŞDI  |     12:33 10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR  |     12:31 Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir  |     12:29 Bəzi yerlərdə YAĞIŞ YAĞIR: Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır  |     12:22 Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb - Video (Yenilənib)  |     12:10 Nazirlikdən hava şəraiti ilə bağlı ƏHALİYƏ MÜRACİƏT  |     12:07 Tərtərdə DƏHŞƏTLİ QƏZA: QARDAŞLAR ÖLDÜLƏR, yaralılar var (Yenilənib)  |     12:01 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi  |     11:44 Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video  |     11:38 "Volkswagen" 100 minə yaxın elektromobili geri çağırır  |     11:35 Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və digər məşhurlar saxlanıldılar  |     11:13 Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO  |     11:12 İran regionda yeni ittifaq qurur  |    
Left Banner
Right Banner

Deputat: Avropa Festivalı azərbaycanlı gənclərin idmana marağını artıracaq

19.07.2019 16:16 1 690
Deputat: Avropa Festivalı azərbaycanlı gənclərin idmana marağını artıracaq
Yaxın günlərdə Avropa idman ictimaiyyətinin diqqəti Avropa Gənclər Olimpiya Festivalına (EYOF) ev sahibliyi edən Azərbaycana yönələcək.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, heç bir şübhə yoxdur ki, Bakı bundan əvvəl dəfələrlə olduğu kimi, irimiqyaslı idman tədbirini ən yüksək səviyyədə keçirəcək:

“Heç şübhə etmirəm ki, Olimpiya Festivalı idmanın 10 növü üzrə medallar uğrunda mübarizə aparmaq üçün Bakıya gəlmiş 3,5 mindən çox oğlan və qız üçün əsl idman bayramına çevriləcək.

Beynəlxalq idman tədbirləri Azərbaycanda həmişə ən yüksək səviyyədə keçirilir. Bunu yalnız mən iddia etmirəm, ekspert və mütəxəssislər də belə qiymət verib. Təsadüfi deyil ki, 2015-ci ildə Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləndə hamı bildirdi ki, turnir böyük Olimpiya Oyunlarının keçirilməsi üzrə yüksək standartlara uyğun olub”.

Millət vəkili qeyd edib ki, Azərbaycan iri idman turnirlərinin təşkili zamanı yüksək plankanı həmişə qorumağa çalışır:

“Mütəxəssislər Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, Formula 1 yarışlarının və idmanın müxtəlif növlərində digər dünya və qitə birinciliklərinin ən yüksək səviyyədə keçirildiyini qeyd ediblər”.

S.Hacıyevin sözlərinə görə, EYOF-da idmançılar, idman nümayəndə heyətlərinin üzvləri və öz həmyerlilərini dəstəkləmək məqsədilə Azərbaycana gəlmiş əcnəbi turistlər üçün hər şeyin yenidən ən yüksək səviyyədə təşkil ediləcəyinə heç bir şübhə yoxdur:

“Gənclər turnirinin keçirilməsi azərbaycanlı gənclər arasında idmana marağın artmasına da xidmət edəcək”.

Deputat diqqətə çatdırıb ki, ölkədə iri idman tədbirlərinin keçirilməsi yarışların bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət ayıran Azərbaycan rəhbərliyinin bilavasitə nəzarəti altındadır:

“Ənənəvi olaraq idmançıların və əcnəbi turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə böyük diqqət ayrılacaq. Ümumiyyətlə, Azərbaycanda mötəbər beynəlxalq idman turnirlərinin keçirilməsi yüksək səviyyəli təşkilatçılıqla xarakterizə edilir.

Atletlərin müxtəlif idman obyektlərinə vaxtında və maneəsiz çatdırılması da təmin edilir. Xatırlayırsınızsa, bu ilin mayında Bakıda UEFA Avropa Liqasının finalı keçirildi və futbol azarkeşləri Bakı Olimpiya Stadionuna xüsusi nəqliyyatla çatdırılırdı. Bakıda iri idman turnirlərində dünya mediasının nümayəndələrinin işləməsi üçün də gözəl şərait yaradılır”.

O əlavə edib ki, turistlər də diqqət mərkəzindədir:

“Onların ölkəyə axını belə idman təbdirləri zamanı artır. Turistləri Azərbaycanda, adətən, əlavə xidmətlər gözləyir. Axı azarkeşlər ölkəmizə təkcə atletlərin çıxışlarına baxmaq üçün deyil, həm də Bakının və Azərbaycanın bölgələrinin gəzməli-görməli, tarixi yerlərinə baş çəkmək üçün gəlirlər. Onlar üçün xüsusi turlar təşkil edilir”.

S.Hacıyev turistləri Azərbaycana cəlb etmək üçün ölkədə hər cür şəraitin olduğunu vurğulayıb:

“Beynəlxalq turnirlər keçiriləndə əcnəbilərin viza alması proseduru sadələşdirilir. Adi vaxtda da “ASAN viza”da vizalar sadələşdirilmiş qayda ilə verilir”.

Millət vəkili əmin olduğunu bildirib ki, azərbaycanlı gənc oğlan və qızlar Avropa Gənclər Olimpiya Festivalında uğurla iştirak edəcəklər.

Xatırladaq ki, EYOF Bakıda 20-28 iyul tarixlərində keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner