Mojo.az Banner
21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad Rəhimov: Avropa Festivalı istədiyimizdən də yaxşı qarşılandı

27.07.2019 15:04 3 717
Azad Rəhimov: Avropa Festivalı istədiyimizdən də yaxşı qarşılandı
Avropa Gənclər Olimpiya Festivalı istədiyimizdən də yaxşı qarşılandı. Yarışa maraq yüksək oldu. Artıq 135 medal dəstindən 115-i sahibini tapıb. Rusiya artıq 60 medalla ilk sırada qərarlaşıb. Azərbaycan isə 10 qızıl, 7 gümüş və 6 bürünc medalla II sıradadır. Ümid edirəm ki, sonadək bu mövqeyi əldən verməyəcəyik.

Bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bu gün Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı hesabat xarakterli mətbuat konfransında bu idman tədbirində həm azarkeşlərin, həm də medianın böyük rolu olduğunu bildirib:

“Oyunların işıqlandırılmasında medianın rolu yüksək olub. 100-yə yaxın media nümayəndəsi 350-yə yaxın zonada müsahibə götürüb. Sosial mediada bu yarışla bağlı 200 mindən çox fikir mübadiləsi aparılıb”.

Nazir xatırladıb ki, 2007-ci ildə Belqradda keçirilən festivalda Azərbaycan yeddi qızıl medal qazanmışdı:

“O vaxt VI sıranı tutmuşduq. İndi isə hazırda II yerdəyik. Təbii ki, qızıl medallarımızın sayı daha çox ola bilərdi. Amma ümumilikdə medalların sayından razı qaldım.

Komanda idman növlərində uğur qazana bilməməyimizlə razıyam. Ancaq nəzərə almalıyıq ki, Azərbaycana bu yarışla bağlı gələn yeddi komanda Avropanın ən güclüsü idi. Bununla belə, basketbol millimizin Xorvatiya üzərində qələbəsi bizi sevindirdi”.

Qeyd edək ki, bu gün Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimi saat 20:30-da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner