Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN

19.07.2019 18:54 1 248
Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN
Əcnəbilər Azərbaycanda üç ali təhsil müəssisəsinə Prezidentin təsis etdiyi qrantı proqramı əsasında da qəbul ola biləcəklər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “ADA” Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının və Bakı Mühəndislik Universitetinin nizamnamələrində dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ADA” Universitetinə qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq həyata keçirilir.

Habelə Akademiyanın və Bakı Mühəndislik Universitetinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner