Mojo.az Banner
00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

"Bakı 2019"-un açılış və bağlanış mərasimlərinə 141 ədəd avtobus ayrılacaq

17.07.2019 19:42 1 769
Bakı 2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək.

Agentlikdən Lent.az -a verilən məlumata görə, məqsəd nəzərdə tutulan nəqliyyat əməliyyatlarının daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir.

Bildirilib ki, planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir: “Məlumat üçün bildirək ki, 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb və qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək. Festivalın açılış (21.07.2019) və bağlanış (27.07.2019) mərasimləri zamanı daşımalar iki ekspress marşrut xətləri ilə həyata keçiriləcək. Hər iki ekspress xətt üzrə daşınmaların həyata keçirilməsi üçün 40 ədəd İveco, İsuzu markalı avtobusun ayrılması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinə atletlərin, tədbir iştirakçılarının, media işçilərinin daşınması üçün isə 106 Neopla , 35 ədəd Mercedes Sprinter avtobusların ayrılması planlaşdırılır. Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspress xətləri üzrə 11500 sərnişinin daşınması planlaşdırılır.
Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.
a) X1 xətti üzrə avtobuslar (28 May m/st – Bakı Kristal Zalı)
b) X2 xətti üzrə avtobuslar (Elmlər Akademiyası m/st – Bakı Kristal Zalı)

Festivalın keçiriləcəyi məkanlardan 12 ədədi yarış məkanı, 7 ədədi isə qeyri-yarış məkanı olacaq”.
Qeyd olunub ki, festivalla bağlı BNA tərəfindən həyata keçiriləcək nəqliyyat əməliyyatlarına 100 nəfərdən artıq Agentliyin əməkdaşı cəlb olunacaq: “Yarış və qeyri-yarış məkanlarına 11.07.2019-cu il tarixindən etibarən sınaq yürüşləri təşkil olunur ki, bu da sürücülərin hərəkət sxemləri, yarış və qeyri-yarış məkanları ilə tanışlıq xarakteri daşıyır. Festivalın keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Qonaqların və atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib. Avtobuslar müvafiq texniki müayinədən keçirilməsı təmin olunub. Daşımalarda iştirak edəcək 435 nəfər sürücü heyəti isə təlimlərə cəlb edilib. Qonaqların və yarış iştirakçılarının rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətlərindən istifadə etməsi üçün proses vahid məkandan həyata keçiriləcək. Bu məqsədlə yenidən qurulan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi tezliklə EVENTOC-un istifadəsinə veriləcək. Qeyd olunan daşımalar Agentlik tərəfindən hazırlanan nəqliyyat planına uyğun icra olunacaq. Artıq avtobuslar və sürücülər müvafiq olaraq yarış məkanları üzrə qruplaşdırılaraq hazır vəziyyətə gətirilib. Sürücülər marşrutların hərəkət istiqamətləri üzrə təlim məşqləri keçib. Yarış və qeyri-yarış məkanlarına daşınma zamanı avtobusların rahat və təhlükəsiz şəkildə hərəkət etmələri üçün müəyyən olunan marşrutlara uyğun olaraq paytaxtın müəyyən küçə və prospektlərində sarı zolaqlar çəkilib. Avtobusların depolanması üçün Bakı Nəqliyyat Agentliyinin avtobus deposu nəqliyyat əməliyyatları üçün hazır vəziyyətə gətirilərək EVENTOC-a təhvil verilib, həmçinin Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) işçiləri üçün DEPO ərazisində müvafiq şərait yaradılıb”.скачать dle 11.3
Mojo.az Banner