Mojo.az Banner
14:49 Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM  |     14:42 Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edildi  |     14:31 Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ  |     14:06 İstilik qurğularının quraşdırılması qaydaları təsdiqlənib  |     12:56 Sahil qəsəbəsində çimərlikdə 24 yaşlı şəxs BOĞULDU  |     12:39 Yer kürəsində maqnit qasırğası gözlənilir  |     12:25 Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi - Video  |     12:17 Bu gün klublarımızın avroliqadakı növbəti rəqibləri bəlli olacaq  |     12:01 Agentliyin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU  |     11:56 Argentina qapıçısı tarixə düşdü: 11 zərbəni dəf etdi  |     11:45 Cəlilabadda avtomobil uşağı vurdu  |     11:30 Rusiyada güclü zəlzələ oldu  |     11:28 Rayonlarda leysan yağır - FAKTİKİ HAVA  |     11:17 "Brent" markalı neftin qiyməti 90 dolları keçdi  |     23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |    
Left Banner
Right Banner

Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək

17.07.2019 13:23 1 509
Bakıda bu zolaqlara girən sürücülər cərimələnəcək
"Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Dövlət Yol Polisi İdarəsi bununla bağlı məlumat yayıb. Qeyd edilir ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırılır ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

Belə ki, paytaxtın "Ziya Bünyadov”, "Q.Qarayev”, "Neftçilər”, "Atatürk”, "H.Ələsgərova”, "Azadlıq”, "Z.Əliyeva, "Tiblisi, "Moskva”, "Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Qeyd edək ki, "Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı 20-28 iyul tarixlərində keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner