Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Erməni saxtakarlığının növbəti ünvanı Roma oldu

15.07.2019 20:25 2 137
Erməni saxtakarlığının növbəti ünvanı Roma oldu
Türkiyə, Azərbaycan və yaxın Şərqdə tarixi abidələri və coğrafi məkanları saxtakarlıqla mənimsəmək istəyən erməni mətbuatının növbəti ünvanı Roma olub.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, erməni jurnalistləri İtaliyanın ANSA informasiya agentliyində mayın 24-də dərc olunmuş xəbəri özünəməxsus "erməni uydurması" prizmasından təhlil edib və belə qərara gəliblər ki, Romanın mərkəzində - imperator Trayanın adını daşıyan forumun və onun məşhur sütunlarının yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılan heykəl başı da "əzabkeş millətin" uydurma ilahəsinə məxsus imiş.

ANSA agentliyinin xəbərində bildirilir ki, Roma Arxeologiya İdarəsinin apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən mərmər heykəlin başının neçənci əsrə və kimə aid olduğu məlum deyil. Arxeoloqları təəccübləndirən isə, bu heykəl başının ideal vəziyyətdə qalması, yalnız burnunun qırılmasıdır. Təxminən 50 gündən sonra bu xəbəri təhlil edən ermənilər öz adətləri üzrə onu "özəlləşdirmək" qərarına gəliblər. Onlar iddia ediblər ki, romalıya məxsus olan bu heykəl başı Yaxın Şərq panteonları ilahəsi və guya erməni olmuş Anaitə bənzəyir. Bu minvalla "əzabkeş xalqın" mətbuatının tezliklə Amerikadakı qədim mayaların və inklərin tarixi-mədəni abidələrini də öz adlarına çıxacağı təəccüblü olmayacaq.

Son xəbərlər