Bakıda insanı dəhşətə gətirən hadisə - Yaşlı kişi azyaşlı qızı zorladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 İnsanların 1000 il yaşamasına mane olan yeganə amil aıqlandı  |     22:53 Bankların mənfəəti niyə azalıb?  |     22:48 "Qarabağ"ın qanalı futbolçusu Cənubi Kipr klubuna keçə bilər  |     22:40 Bakıdakı söküntü "bumu": Kirayə mənzillər bir az da bahalaşacaq?  |     22:35 Universitetlərdə təhsil haqları necə olacaq?  |     22:28 Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər - VİDEO  |     22:21 Tibb bacılarını söydü - Həbs olundu  |     22:16 Skuterə görə xanım sərnişini söydü - "Bolt" sürücüsü həbs edildi  |     22:06 Azərbaycan təbii qazı Suriyanın Homs vilayətinə çatıb  |     22:01 Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə ABŞ səfərini müzakirə etdi  |     21:49 Federasiya prezidenti bıçaqlanaraq ÖLDÜRÜLDÜ  |     21:41 Tirana Azərbaycan və Ermənistanın dialoqu seçmək qərarını yüksək qiymətləndirir  |     21:27 ABŞ-ın bu şəhərləri su altında qalacaq  |     21:14 Moskvadan Vaşinqton sazişinə - MÜNASİBƏT  |     21:07 İspaniyada təyyarə qəzası: Ölənlər var  |     20:57 Bu ərazidə pensiya ödənişi başa çatdırıldı  |     20:28 "Arsenal"ın futbolçuları zədələrini sağaldaraq məşqlərə qatılıblar  |     20:21 BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir  |     20:12 Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir  |     20:02 Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb  |    

Bakıda insanı dəhşətə gətirən hadisə - Yaşlı kişi azyaşlı qızı zorladı

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli əməllər törətmiş şəxsin məhkəməsi başlayır.

Median.Az
News24.az-a istinadən bildirir ki, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, Seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi açılan Mərdanov Elman Salman oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. Təqsiri sübuta yetirilsə, 60 yaşlı Elman Mərdanovu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, 5 yaşlı qızın zorlanması hadisəsi Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki həyətdə baş verib. Həyətdə oynayan 2014-cü il təvəllüdlü Aytən Əsgərliyə (şərti adlı) 1959-cu il təvəllüdlü Elman Mərdanov yaxınlaşıb.

O, qonşunun azyaşlı qızını gizli yerə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib.
Bundan azyaşlının anası xəbər tutub. Ana baş verən olayla bağlı polisə şikayət edib.

İstintaq orqanı tərəfindən Elman Mərdanovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

İstintaqa ifadə verən Elman Mərdanov törətdiyi əməli etiraf edib. O, narkotik vasitənin təsiri altında olduğunu deyib.

Elman Mərdanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Nəsimi rayon Məhkəməsinə təqdimat göndərilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub və Elman Mərdanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda bu iş üzrə istintaq tədbirləri görülür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 029 12.07.19 21:49