Mojo.az Banner
13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Müharibə əlilləri ilə şirkət arasında “Topaz” qalmaqalı - Polis işə qarışdı

12.07.2019 12:46 1 584
Müharibə əlilləri ilə şirkət arasında “Topaz” qalmaqalı - Polis işə qarışdı
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılır.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-a deyib ki, “Caspian Tech” QSC rəhbərliyi adından daxil olan müraciətdə Yusifov Elşən və qeyrilərinin Cəmiyyətin “Topaz” əmtəə nişanı adı altında qanunsuz mərc oyunlarının təşkil edildiyi bildirilib.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 30 oktyabr 2018-ci il tarixdə Xətai rayonu, Mehmandarov küçəsində və 25 may 2019-cu il tarixdə Nizami rayonu Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Topaz” məntəqələrində Sevil Ələkbərova və Elşən Yusifov mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə onların lisenziyaları ləğv edilib.

“Caspian Tech” QSC-nin ləğvetmə qərarına etiraz olaraq, 2018-ci il noyabrın 1-2 tarixlərində və 2019-cu il mayın 30-da özünü “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini kimi təqdim edən Məcid Məmmədov təxminən 18 nəfər əlil şəxslə birlikdə “Caspian Tech” QSC-nin yerləşdiyi inzibati binaya gəlib burada səs-küy salaraq, cəmiyyətin iş rejimini pozub, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etməklə işçiləri nalayiq ifadələrlə təhqir ediblər.

Onlar E.Yusifov və S.Ələkbərovanın lisenziyalarının bərpa olunmasını və ya əlillər cəmiyyətinin adına lisenziya verilməsini tələb ediblər, əks təqdirdə, özlərinə xəsarət yetirəcəklərini bildiriblər.

Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner