“Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”
Ötən gün səhər saatlarında bir qrup şəxsin təhsil müəssisələrində münaqişəli vəziyyət yaratması, ictimai qaydanı pozması və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd göstərməsi müzakirələrə səbəb olub. Hadisə zamanı radikal dini şüarların səsləndirilməsi də diqqət çəkib. Təhsil müəssisələrində nizam-intizamın qorunması, müəllimlərin fəaliyyətinə hörmətlə yanaşılması və tədris prosesinin təhlükəsiz şəraitdə davam etdirilməsi məsələsi yenidən aktuallaşıb.
Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, istənilən halda zorakı hərəkətlərə yol vermək, sərt tələblər irəli sürmək və kobud davranış nümayiş etdirmək bəzən hətta haqlı insanları da haqsız vəziyyətə sala bilər:
“Etirazın düzgün formasını seçmək, sivil qaydada etiraz etmək, dini baxışlarını, fikirlərini və münasibətini sərbəst şəkildə ifadə etmək hər bir vətəndaşın hüququdur. Lakin etiraz zamanı kobudluğa yol verilməsi, qanun və qaydaların pozulması, eləcə də sərt davranışların nümayiş etdirilməsi yolverilməzdir. Bu cür hallara məsələnin mahiyyəti və aparılan müzakirələr çərçivəsində yanaşmaq lazımdır. Bu məsələdə Nazirlər Kabinetinin müvafiq qərarının da müəyyən təsiri var. Qərar qəbul edilərkən bütün icmaların, qrupların və maraqlı tərəflərin mövqeləri nəzərə alınmalı, onların maraqları arasında tarazlıq yaradılmalıdır. Doğrudur, Azərbaycan dünyəvi dövlətdir və təhsil sistemi də dünyəvi prinsiplər əsasında qurulub. Məktəbli geyim forması ilə bağlı qaydalar müəyyən edilərkən milli-mənəvi dəyərlər, dini həssaslıqlar və Azərbaycan əhalisinin əksəriyyətinin İslam dininə etiqad etməsi kimi amillər də nəzərə alınmalıdır”.
O qeyd edib ki, bu məsələnin bəzi tərəfləri qapalı və konfidensial xarakter daşıya bilər:
“Bununla belə, ictimai, sosial və milli təhlükəsizliklə bağlı hədəflər məsələyə həssas və məsuliyyətli yanaşmağı tələb edir. Eyni zamanda, mürəkkəb vəziyyətlərdən radikal qrupların da istifadə etməyə çalışdığı istisna deyil. Bəzi şəxslər sərt və ya qəbuledilməz fikirlər səsləndirə bilərlər. Buna baxmayaraq, etiraz etmək insanların təbii hüququdur. Əsas məsələ etirazın sivil, dinc və qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsidir. Tərəflər də milli maraqları nəzərə alaraq ortaq məxrəcə gəlməyi bacarmalıdırlar”.
Aysel