Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Gəncə hadisələrinə görə həbs edilən şəxs işgəncədən ölüb? - Rəsmi cavab

11.07.2019 13:17 2 155
Gəncə hadisələrinə görə həbs edilən şəxs işgəncədən ölüb? - Rəsmi cavab
Gəncə hadisələrində təqsirləndirilərək həbs edilən Aydın Qurbanov iyulun 9-da müalicə aldığı Penitensiar Xidmətin Müalicə müəssisəsində vəfat edib.

Bəzi kütləvi informasiya vasitələri A.Qurbanovun işgəncə verilməsi nəticəsində vəfat etdiyini yazıb.

Məsələ ilə bağlı oxu.az-a Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən məlumat verilib ki, A.Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Xidmətin Müalicə müəssisəsinə köçürülüb və orada intensiv müalicəsi aparılmasına baxmayaraq, iyulun 9-da vəfat edib:

“A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar A.Qurbanovun barəsində 31 may 2019-cu il tarixdə məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.

Bəzi kütləvi informasiya vasitələrində A.Qurbanova guya işgəncə verilməsi nəticəsində vəfat etməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir. İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmayıb, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib”.

Qeyd edək ki, ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə üç dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 3 iyul 2018-ci il tarixdə mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, 30 iyul 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin istintaq təcridxanasına yerləşdirilib.

İstintaq zamanı A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında A.Qurbanovun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılıb. Axtarış zamanı evin çardağından sonuncunun ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd “Makarov” markalı, 1 ədəd “Marqolin” markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb.

Son xəbərlər