22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |     22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |     21:47 Slovakiya səfiri Azərbaycana təşəkkür edib  |     21:40 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib  |     21:30 Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ  |     21:11 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur  |     20:56 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU  |     20:48 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     20:38 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI  |     20:15 "Sushi Club" bağlandı: Ciddi nöqsanlar aşkarlandı  |     20:07 Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?  |     19:59 Hikmət Hacıyev: "Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq"  |     19:53 Rüşvət alan meşə gözətçisi həbs olundu  |     19:46 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb  |    

Azərbaycanda ana oğlunu məhkəməyə verdi - MÜLK DAVASI

Azərbaycanda ana övladını məhkəməyə versə də, məhkəmə ədaləti bərpa edib.

Median.Az
oxu.az-a istinadən məlumat verir ki, tərəflərdən biri - Kamil İsmayılovun verdiyi xəbərə görə, tərəflər arasında Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 12 A saylı evin mülkiyyət hüququ üzrə mübahisə yaranıb.

Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2007-ci il tarixli qətnaməsinə əsasən, evin alıcısı qismində İsmayılov Kamil Ənvər oğlunun tanınması və evin onun mülkiyyətinə verilməsi, həmin mənzil üzərində İsmayılova Gülbəniz Rəsul qızının və İsmayılov Ənvər Kamil oğlunun mülkiyyət hüquqlarına xitam verilməsi qərara alınıb.

Lakin həmin qətnamədən cavabdeh G.İsmayılova tərəfindən verilmiş apellyasiya şikayəti 11 il sonra - 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında iddiaçı K.İsmayılov izahatında göstərib ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra anası, yəni cavabdeh G.İsmayılova tərəfindən apellyasiya şikayətinin verilməsi qanunsuzdur.

Halbuki qətnamə çıxarılarkən anası və atası Ənvər İsmayılov qətnamə ilə razılaşıblar. Məhkəmə qətnamə qəbzinə imza edilməklə, K.İsmayılovun anası tərəfindən qəbul edilib. Lakin bu barədə xəbərnamə, qəbz iş materiallarından çıxarılaraq mülki iş yenidən siyahıya alınıb və siyahıda həmin qətnamə göstərilməyib.

Sonra məhkəmə hesab edib ki, şikayət geri qaytarılmalıdır. Çünki Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər.

Eyni zamanda, məhkəmə bu qənaətə gəlib ki, G.İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il tarixində təkrarən alıb. Bu hal da apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz.

İş materiallarının qətnamənin alınmasına dair poçt xəbərnamələrinin sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118 nömrəli səhifə çıxarılıb.

Məhkəmə qərar çıxardıqdan sonra G.İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə iyulun 16-da baxılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 334 10.07.19 19:24