Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il evlənmək istəyənlərin 64-də QİÇS, 77-də sifilis aşkarlanıb

08.07.2019 13:45 1 594
Bu il evlənmək istəyənlərin 64-də QİÇS, 77-də sifilis aşkarlanıb
Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 19 848 nəfərdə talassemiya daşıyıcılığı, 512 nəfərdə İİV/QİÇS, 1801 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Median.Az
xəbər verir ki, bunu özəl olaraq Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bugünədək nikaha daxil olmaq üçün 568 163 nəfər insan qan müayinəsindən keçib. İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 212 cütlük aşkar edilib.

Z.Əlimirzəyeva əlavə edib ki, yalnız bu ilin yanvar-iyun ayları ərzində 68 350 nəfər qan müayinəsinə cəlb olunub.

Onların 1433 nəfərində talassemiya daşıyıcılığı, 64 nəfərində İİV/QICS, 77 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.

Bu ilin ilk 6 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 23 cütlük prenatal müayinəyə cəlb olunub.

Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.

İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.скачать dle 11.3
Mojo.az Banner