Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azərbaycanlıların olduğu mikroavtobus dərəyə yuvarlandı: yaralılar var

06.07.2019 18:20 2 936
Rusiyada azərbaycanlıların olduğu mikroavtobus dərəyə yuvarlandı: yaralılar var
Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda içərisində Azərbaycan vətəndaşlarının olduğu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus dərəyə yuvarlanıb.

TASS agentliyi xəbər verir ki, hadisə zamanı avtobusda olan 12 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qəzaya mikroavtobusun ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb göstərilib. Avtobusda olan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır.

“RİA Novosti”nin yaydığı məlumata görə, avtobus Moskvadan Azərbaycan istiqamətində hərəkət edirmiş.

Son xəbərlər