Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü: Səkkiz yaralı - YENİLƏNİB

05.11.2019 12:48 3 992
Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü: Səkkiz yaralı - YENİLƏNİB
Rostovdan Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan səkkiz Azərbaycan vətəndaşının vəziyyəti açıqlanıb.

Bununla bağlı regionun Səhiyyə İdarəsi məlumat yayıb:

“Qəza nəticəsində səkkiz nəfər yaralı halda xəstəxanaya yerləşdirilib. Onlardan altısının vəziyyəti orta ağır, ikisinin isə ağırdır. Yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu qoyulub”.

* * * * * *

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində yaralananların sayı artıb.

Bununla bağlı regionun Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı səkkiz Azərbaycan vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Ümumilikdə mikroavtobusda doqquz nəfər olub.

* * * * *

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.скачать dle 11.3
Mojo.az Banner