Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Braziliya Olimpiya Oyunlarını 2 milyon dollar rüşvətlə əldə edib

05.07.2019 21:48 1 664
Braziliya Olimpiya Oyunlarını 2 milyon dollar rüşvətlə əldə edib
Braziliyanın Rio-de-Janeyro ştatının sabiq qubernatoru Serjiu Kabral 2016-cı il Yay Olimpiya Oyunlarının Rioda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməkdaşlarına rüşvət verdiyini etiraf edib.

“Reuters” xəbər verir ki, sabiq qubernator BOK-un 9 üzvünün səsini iki milyon dollara aldığını bildirib.

Bununla yanaşı, S.Kabral rüşvət barədə Braziliyanın sabiq prezidentləri Xose İnasiu Lula da Silva və Mişel Temerin də xəbəri olduğunu təsdiqləyib.

Qeyd edək ki, 2016-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Madrid, Çikaqo və Tokio da mübarizə aparıb.

BOK Braziliyada keçirilən Olimpiya Oyunlarının hazırlığına 1,5 milyard dollar ayırmışdı. Buna baxmayaraq, olimpiadaya hazırlıqlar zamanı olimpiya obyektlərinin tikintisinin gecikməsi və pozuntular kimi xeyli problemlər üzə çıxmışdı.

Xatırladaq ki, 2003-2011-ci illərdə prezident olmuş Lula da Silva hazırda korrupsiya ittihamı ilə həbs olunub. 2016-2019-cu illərdə ölkəyə başçılıq etmiş M.Temerə qarşı da eyni ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner