Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayraq Meydanının eks-rəhbərinə 1,5 milyonluq ittiham - Polis araşdırmaya başladı

04.07.2019 16:43 7 518
Bayraq Meydanının eks-rəhbərinə 1,5 milyonluq ittiham - Polis araşdırmaya başladı
Daha əvvəl keçmiş Milli Təhlükəzilik naziri Eldar Mahmudovun ətrafında yaranmış qalmaqalda adı hallanan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova yeni cinayət işi açıla bilər. Belə ki, R.Məmmədovla bağlı Baş Prokurorluğa 1,5 milyon manatlıq şikayət daxil olub.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şikayətçilər Bakı sakinləri - 48 yaşlı Şahin Hüseynov, 49 yaşlı Nazim Şıxəliyev və 51 yaşlı Sumqayıt sakini Sahib Musayevdir. Onlar bildiriblər ki, R.Məmmədovun şirkətinə işə düzəliblər. İşçilər Bayıl qəsəbəsi ərazisindəki tikintidə çalışıblar. Lakin onların maaşı verilməyib. Şikayətçilər iddia edirlər ki, R.Məmmədov onlara 1 milyon 587 min manat ödəməlidir.

Prokurorluq təhqiqat üçün materialları Səbayıl Rayon Polis İdarəsinə göndərib. Faktla bağlı heç kim saxlanılmayıb.

Qeyd edək ki, “Azimport” şirkətinin keçmiş rəhbəri R.Məmmədov 2015-ci ilin mayında VİB MMC-nin sahibi, biznesmen Zabil Salmanovun şikayəti əsasında saxlanılıb. Z.Salmanov sonradan R.Məmmədovun işi üzrə sensasiyalı etiraf edərək bəyan edib ki, onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinə qarşı ifadə verməyə məcbur ediblər.

O qeyd edib ki, R.Məmmədova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitlərinin təzyiqi ilə böhtan atıb. Bununla da R.Məmmədov Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi (külli miqdarda zərər yetirməklə dələduzluq) ilə müqəssir bilinib.

R.Məmmədov 2016-cı ilin iyununda azadlığa çıxıb.

Bu arada, işçilər əvvəllər də “Azimport” şirkətindən şikayət ediblər. Şirkət onları aldadaraq vəd edilmiş əməkhaqlarını verməyib. Bu şirkətin işçiləri bir neçə ay ərzində pul almayıblar. Bununla əlaqədar 2016-cı ildə 500-ə yaxın işçi dövlət başçısına şikayətlə müraciət edib.

Son xəbərlər