Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Turizm şirkətləri çevik tərpənməlidir - Daha çox turist cəlb etmək üçün

02.07.2019 11:38 3 238
Turizm şirkətləri çevik tərpənməlidir - Daha çox turist cəlb etmək üçün
Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunda çaxnaşmaya səbəb olub. Hər bir ölkənin özünün iqtisadi maraqları olduğunu nəzərə alsaq, qonşu dövlətlərin bu məqamı maksimum dəyərləndirməyə çalışması çox normaldır.

Bəs rusiyalı turistlərin diqqətini necə cəlb etmək olar? Onların istirahət üçün nəzərdə tutduqları məqamları diqqətdə saxlamaq üçün hansı tədbirlər görülməlidir?

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda turistlərə təklif edilən tur-paketlərin qiymətlərini Gürcüstanın təklif etdiyi paketlərə uyğunlaşdıra bilsək, həmin turistləri Azərbaycana cəlb etmək mümkündür.

Onun sözlərinə görə, Azərbaycan turizm sektorunda qonşu ölkələrlə müqayisdə, keyfiyyət, eləcə də, tur-paketlərinin qiymətləri baxımından nisbətən bahadır:

“Turistlər artıq aylar əvvəldən biletlərini, istirahət edəcəkləri ölkəni seçiblər. Təəssüf ki, iki ölkə arasında müəyyən anlaşılmazlıq olub. Təbii ki, biz qonşu ölkəyik, buna sevinmirik. Lakin hər bir ölkənin özünün iqtisadi maraqları var və bunun üçün yaradılan şəraitdən maksimum istifadə etməyi bacarmalıdır.

Tur-paketlərin qiymətləri nisbətən rəqabətə uyğunlaşdırılsa, biz o turistləri ölkəmizə cəlb edə bilərik. Gürcüstanla Azərbaycan, demək olar ki, turizm sektoruna oxşar təkliflərlə girir. Oxşar məhsullar təklif edilən mətbəxlərimiz, şərabçılıq, bununla yanaşı, qış turizmində Qəbələ, Şahdağ kimi istirahət zonaları təklif edirik.

Azərbaycanda turizm şirkətləri çevik tərpənsə, maraqlı kampaniyalarla rusiyalı turistləri cəlb etmək olar. İlk növbədə dövlət qurumları turizm şirkətlərinə şərait yaratmalıdırlar. Daha sonra isə turizm şirkətləri Azərbaycanda mövcud olan şəraitdən maksimum istifadə etməlidir”.

S.Dübəndi iki ölkə arasında narazılıqların yaşanmaması üçün bir sıra danışıqların aparılmasının mümkün ola biləcəyini diqqətə çatdırıb:

“Ola bilər ki, bu məqamdan istifadə etməyimiz Gürcüstanın xoşuna gəlməz. Mümkündür ki, siyasi, istisadi narazılıq yarana bilər, lakin bunu aidiyyəti orqanlar danışıqlarla tənzimləyə bilər. Bundan başqa, sizə deyim ki, rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün sərfəli tur-paketlər və yol məsələsi həll olunmalıdır.

Əslində, Rusiya bazarında bir müddətdir ki, turizm şirkətləri tərəfindən sərfəli tur-paketlər təqdim edilir və təbliğat aparılır. Dövlət Turizm Agentliyinin bir neçə dövlətdə nümayəndəliyi açılıb ki, onlardan biri də Rusiyadır.

Azərbaycanın altı beynəlxalq aeroportu (Zaqatala, Gəncə, Qəbələ, Lənkəran və s.) var ki, onların resurslarından sərfəli istifadə etmirik. Gürcüstana yaxın olan hissəni götürsək, Zaqatala-Baləkən və Gəncə zonasında olan aeroportlar az uçuş qəbul edir. Halbuki biz bu aeroportları tranzit kimi Gürcüstana təklif edə bilərik. Bu, özü də olduqca əlverişlidir.

Düşünürəm, bu cür təklif edə bilərik, lakin yenə də deyirəm ki, bu ətraflı danışılmalı, məsləhət edilməlidir. Mümkün qədər zamanı yaxşı dəyərləndirmək lazımdır. Tükiyədən fərqli olaraq, bizdə yay mövsümü oktyabr ayına qədər deyil, avqust ayının sonlarına kimi davam edir”.
скачать dle 11.3
Mojo.az Banner