Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın mağazadan ağlagəlməz üsulla oğurluq etdi - VİDEO

27.06.2019 14:50 2 235
Bakıda qadın mağazadan ağlagəlməz üsulla oğurluq etdi - VİDEO
Əvvəlcə dükandakı paltarlara baxır. Sonra isə aldığı 3 ədəd corabın dəyəri olan 6 manatı çıxmaq üçün satıcıya 100 manat uzadır.Lakin həmin pulu vermədən qalığı da alaraq oradan uzaqlaşır.

Hadisə 2 gün əvvəl paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən qadın paltarları mağazasında baş verib. Mağazaya daxil olan orta yaşlı qadın satıcını aldadaraq 95 manat pul alıb və aradan çıxıb.

Mağaza sahibinin sözlərinə görə, həmin qadın dükana taksi ilə gəlib. Çıxanda da tələsik taksiylə oradan uzaqlaşıb. Onun bu hərəkəti satıcını şübhələndirib və bundan sonra aldadıldığını anlayıb.

Mağaza sahibi bildirib ki, hadisənin görüntüsünü sosial şəbəkədə paylaşdıqdan sonra 20-ə yaxın başqa dükandan da bu cür aldadıldıqları barədə mesajlar alıblar.

Hətta onlardan bəziləri foto və videolar da göndəriblər.

Faktla bağlı polisə məlumat verilib, qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.


скачать dle 11.3
Mojo.az Banner