Mojo.az — elanlar
Son Xəbərlər
19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar - VİDEO

25.06.2019 12:53 3 997
İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar - VİDEO
Sosial şəbəkələrdə Səbail Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb.

“Report” xəbər verir ki, işçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub.

“Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, - sosial şəbəkə istifadəçilərindən biri deyib.

Digər istifadəçi isə “fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, - yazıb.

Səbail Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Son xəbərlər