Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

20.06.2019 15:42 3 387
18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat
Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı dördüncü kurs tələbələri Nigar Veysəlova və Turanə Tağıyeva magistratura pilləsinə yüksəliblər.

Kimya fakültəsinin məzunu Nigar Veysəlova təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə, Beynəlxalq münasibətlər fakültəsinin məzunu Turana Tağıyeva isə 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.

Oxu.az-a danışan N.Veysəlova bildirib ki, valideynləri kimyanı çox seviblər və bu ixtisasa sevgini əvvəlcədən ona aşılayıblar:

“2000-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşam. Atam Rövşən Veysəlov Sumqayıtda Karate Federasiyasının sədri olub. Bir müddət əvvəl rəhmətə gedib. Respublikanın Əməkdar məşqçisi, karate üzrə V dan qara kəmər ustası idi. Təhsilimdə mənə ən böyük dəstək verən insan olub. Anam isə energetika mühəndisliyi ixtisasını bitirib, hazırda evdar xanımdır.

2004-cü ildə Sumqayıt şəhəri 26 saylı orta məktəbə daxil olmuşam və 2015-ci ildə həmin məktəbi bitirmişəm. Həmin il qəbul imtahanında 523 balla Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Müəllimlərimin də bu yerə çatmağımda əməyi çox olub”.

N.Veysəlovanın fikrincə, Azərbaycanda kimya sahəsinin inkişafına ehtiyac var:

“Kimya sahəsi Azərbaycanda yeni sahə olsa da, xaricdə çox yaxşı inkişaf edib. Bu ixtisası seçməkdə məqsədim xaricdə təcrübə qazanıb, bu sahəni ölkəmizdə inkişaf etdirməkdir”.

Oxu.az-a açıqlama verən Turanə Tağıyeva deyib ki, əsas məqsədi peşəkar diplomat olmaq və Azərbaycanı təmsil etməkdir:

“2000-ci ildə Bakıda doğulmuşam. 2004-cü ildə 193 saylı orta məktəbə getmişəm, 2013-cü ildə təhsilimi 212 saylı məktəbdə davam etdirmişəm. 2015-ci ildə BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam.

Diplomat olmaq uşaqlıq arzumdur. Valideynlərim mənim seçimlərimi hər zaman dəstəkləyiblər. İxtisası da özüm seçmişəm. Atam BDU-nun Hüquq fakültəsini, anam isə İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Səfir olmaq istəyirəm. Peşəkar diplomat olub, Azərbaycanı təmsil etmək əsas məqsədimdir”.

Son xəbərlər