Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

14 yaşında BDU-ya qəbul olan qız magistr imtahanında neçə bal toplayıb?

31.05.2019 21:53 3 632
14 yaşında BDU-ya qəbul olan qız magistr imtahanında neçə bal toplayıb?
Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Nigar Veysəlova magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində, ümumilikdə, 130 bal toplayıb.

Median.Az
xəbər verir ki, bu barədə "Report”a N.Veysəlova özü məlumat verib.

O, qazandığı uğura görə qürur hissi keçirdiyini bildirib: "Mən uşaq vaxtı elmə o qədər bağlı idim ki, məktəbə getmək və təhsil almaq istəyirdim. Həmin vaxt, yəni 2004-cü ildə cəmi 4 yaşım var idi. Nəhayət, 4 yaşımda məni sorğu-sual edib bilik səviyyəmi yoxladılar, imtahan verdim və Sumqayıt şəhərində yerləşən 26 nömrəli tam orta məktəbin birinci sinfinə daxil oldum. 2015-ci ildə orta məktəbi bitirib, BDU-nun Kimya fakültəsinə daxil oldum. Orta məktəb vaxtı əlaçı olmuşam”.

O bildirib ki, 19 yaşı olmasına baxmayaraq, magistraturaya qəbul imtahanında iştirak etmək onun təhsilə maraq göstərməsi üçün stimul olub: "Magistraturanın birinci mərhələsində 89, ikinci mərhələsində isə 41 bal toplamışam. Ümid edirəm ki, kimya ixtisası üzrə respublika birincisi olacağam. Bir neçə müəssisədə və SOCAR-ın Neft Emalı Zavodunda praktikada olmuşam. Magistr təhsili müddətində xarici ölkələrin birində təcrübə keçirməyi düşünürəm. Magistr təhsilimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanokimya ixtisası üzrə davam etdirməyi planlaşdırıram. Uğur qazanmaq çətin deyil, buna çatmaq üçün, sadəcə, qarşıya məqsəd qoymaq və çalışmaq lazımdır”.

Qeyd edək ki, Nigar Rövşən qızı Veysəlova 2000-ci ilin yanvar ayında anadan olub. 4 yaşında Sumqayıtda yerləşən 26 nömrəli məktəbin birinci sinfinə daxil olub. O, 14 yaşında BDU-ya qəbul olub.

Xatırladaq ki, BDU-nun daha bir 18 yaşlı tələbəsi magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.скачать dle 11.3
Mojo.az Banner