Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Modelyer Leyla Əhmədova hakimin masına hücum edib: “Mənə 300 min verin…”

19.06.2019 23:50 1 811
Modelyer Leyla Əhmədova hakimin masına hücum edib: “Mənə 300 min verin…”
Məşhur modelyer Leyla Əhmədova iyunun 19-da məhkəmədə qəfildən hucum edərək, hakimin masasındakı kompüterin işini dayandırıb, ona qoşulu səsgücləndiriciləri çıxarıb atıb.

Median.Az
Bizimyol-a istinadən xəbər verir ki, bu hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində, modelyerin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş üç nəfərin – Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütvəliyevin işinə baxılarkən baş verib.

Məhkəmədə L.Əhmədova ilə təqsirləndirilən şəxslərdən birinin arasındakı telefon danışığının yazısı dinlənilib. Həmin danışıqda L.Əhmədova şikayəti geri götürmək üçün 300 min manat pul istəyir. Bu danışıq istintaq vaxtı olub.

Daha sonra təqsirləndirilən şəxslə modelyerin atası arasındakı danışığın yazısı dinlənilməyə başlarkən L.Əhmədova hakimlərin qarşısındakı masaya hücum edib, kompüteri götürüb, audio-yazını dayandırıb, ona qoşulu səsgücləndiriciləri çıxarıb yerə çırpıb.

Hakim Mirzə Xankişiyev modelyerə xəbərdarlıq edərək, onun hərəkətinin xuliqanlıq olduğunu nəzərinə çatdırıb.

Məhkəmə prosesi iyulun 3-də davam edəcək.

İttihama görə, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar istintaq dövründə L.Əhmədovaya 250 min manat verdiklərini və əllərində bunu təsdiqləyən sənəd olduğunu bildirirlər.

Təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki şəxs isə ev dustaqlığındadır.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner