Zığ yolunda 4 maşın toqquşub - FOTO
"Report" xəbər verir ki, hadisə paytaxtın Zığ şossesi, 31 ünvanında qeydə alınıb.
Qəza zamanı "VAZ-2107", "Toyota" və iki "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.
