Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

17.06.2019 11:32 2 714
ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır
ABŞ universitetlərinə qəbul olmaq nisbətən asan, tam təqaüd almaq isə olduqca çətindir.

Bu sözləri Azedu.az-a ABŞ-ın Şimali Karolina Universitetinin Konfliktologiya departamentində dosent vəzifəsində çalışan Əli Əskərov deyib.

“Amerikada hər bir universitetin qəbul komitəsi var. Əcnəbi tələbələrin universitetlərə daxil olma qaydaları, tələb olunan testlərin standartları qəbul komitələrində müəyyən olunur. Onu da bildirim ki, hər bir universitetin saytında qəbul proseduru haqqında məlumat almaq mümkündür”, - o qeyd edib.

Ə.Əskərov bildirib ki, xarici universitetlərə attestatla - imtahansız qəbul olub bir çox nailiyyətlər də əldə etmək olar:

“Xarici universitetlərə birbaşa attestatla - imtahansız qəbul aparılması normaldır. Onu da bildirim ki, bu, əsasən orta məktəb təhsilinin keyfiyyətindən asılıdır. Xarici universitetlərə attestatla qəbul aparılması təhsil sistemi və milli mentalitetlə bağlı olan məsələdir.

Azərbaycanda Dövlət İmtahan Mərkəzinin imtahanından keçə bilməyənlər xarici universitetlərə yalnız attestatla - imtahansız qəbul olub, daha uğurlu ola bilərlər. Onu da bildirim ki, tələbənin uğurlu şəxsiyyət kimi formalaşmasında həm sistem, həm də fərdi məziyyətlər rol oynaya bilər”.скачать dle 11.3
Mojo.az Banner