Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bura dəlixanadır" - Bakıda xəstəxanada övladı dünyasını dəyişən ata

11.06.2019 22:30 2 042
İyunun 5-də tut ağacından yıxılan 11 yaşlı Sənan Əliyev bu gün dünyasını dəyişib.

Median.Az
Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə uşağın atası Elman Əliyev məlumat verib. Ata iddia edir ki, oğlunun yatdığı xəstəxanada çalışan həkim onun ölümündə günahkardır: "Hər şey Sabunçu xəstəxanasında işləyən İmdad həkimin növbəsində baş verdi. Bura dəlixanadır. Yalnız bir süni nəfəs aparatı ilə bütün xəstələrə yardım etməyə çalışırlar. Belə olmaz axı. Uşaq xəstəxanaya yatırıldığı günün gecəsində onu süni nəfəs aparatından ayırmrasaydılar, bu hadisələr baş verməyəcəkdi. Hər şey İmdad adlı həkimin səhlənkarlığından baş verdi".

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş vermişdi. 3 metr hündürlükdən kürəyi üstdə yıxılan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər isə ona kəllə-beyin travması diaqnozu qoymuşdular. Sənan Əliyevin yaxınları Sputnik Azərbaycan-a açıqlamada onun xəstəxanaya yerləşdirildiyi ilk gündə huşunun yerində olduğunu, hətta növbəti gündə palataya köçəcəyi ilə bağlı verilən vədlərlə ümidləndiklərini bildiriblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölüm işi ilə əlaqədar istintaq başlanılıb. Əgər ölüm hadisəsində həkim səhlənkarlığı təsdiqini taparsa, buna hüquqi müstəvidə qiymət veriləcək.скачать dle 11.3
Mojo.az Banner