Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma MÜRACİƏT - VİDEO

11.06.2019 18:21 2 415
Fuad Abbasovun anasından prezidentə və birinci xanıma MÜRACİƏT - VİDEO
Rusiyada saxlanılan jurnalist Fuad Abbasovun anası Büllur Abbasova prezident İlham Əliyevdən və vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

Median.Az
Büllur xanımın müraciərini təqdim edir:

"Oğlum Fuad Abbasov Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin maraqlarını qoruyan yeganə azərbaycanlı jurnalistdir. Məhz bu fəaliyyətinə görə, Azərbaycan xalqının haqq səsini ucaltdığına görə, üzdəniraq düşmənlərimiz tərəfindən daim təqib olunmuş, həyatı üçün təhlükə yaranmışdır.

Nəhayət onlar istəklərinə çatmışlar, qanunsuz yollarla Rusiyadan deportasiya qərarının çıxarılmasına nail olmuşdurlar. Bütün bu hadisələrin ən dəhşətlisi odur ki, məhkəmənin Rusiya Federasiyasından deportasiya haqqında qərarı icra olunarkən, daha dəqiq desək, oğlum saxlanıldığı təcridxanadan hava limanına aparılarkən kiminsə göstərişi ilə yarı yoldan geri -təcridxanaya qaytarılmışdır. Bu günə qədər orada saxlanılır. Heç bir rəsmi qurum onun saxlanılması ilə bağlı heç bir səbəb gətirmir.

Oğlum buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Biz çox narahatıq. Bu aradakı müddətdən istifadə edib, Fuad Abbasovu şər və böhtanla ləkələyib, hər hansı bir cinayətdə təqsirləndirərlər.

Hörmətli prezident və vitse-prezident, oğlumun bu anlaşılmaz məsələdən tezliklə çıxmasına, məsələnin düzgün həll olunmasına kömək etməsini bir ana kimi xahiş edirəm".

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov haqqında çıxarılan deportasiya qərarı hələ də icra edilməyib. O, buna etiraz olaraq başlatdığı aclıq aksiyasını 4 gündür davam etdirir. Jurnalistin səhhəti, qərarın niyə icra olunmadığı və hələ də orada saxlanılmasının səbəbi barədə ailəsinə dəqiq məlumat verilmir.

//Baku.ws


скачать dle 11.3
Mojo.az Banner