Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubada 66 kəndi birləşdirən yola asfalt döşənir - VİDEO

07.06.2019 21:10 1 279
Qubada 66 kəndi birləşdirən yola asfalt döşənir - VİDEO
Quba-Qonaqkənd avtomobil yolunda son tamamlama işləri aparılır.

Median.Az
report-a istinadən verdiyi məlumata görə, ölkə başçısının sərəncamına əsasən həyata keçirilən 68 min sakinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi iyun ayının sonunadək başa çatdırılacaq.

Uzunluğu 46 kilometr olan yolun artıq 41 kilometrinə asfalt döşənib.

Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 5 kilometr hissədə davam etdirilir.

Quba-Qonaqkənd yolunda ən böyük problem 43-cü km-likdə yaşanırdı. Buna səbəb yolun bu hissəsinin Babaçayın məcrasından keçməsi idi. Çayda bir qədər su çox olan kimi yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilir. Lakin tezliklə bu problem də öz həllini tapacaq. Çünki ərazidə müasir standartlara cavab verən 7 aşırımlı körpü inşa olunub.

Quba-Qonaqkənd istiqamətində yolboyu zəruri yerlərdə kommnikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları inşa olunur. Yol kənarında 2,5 - 3 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib.

Turistlərin çox sevdiyi Təngəaltı, Afurcadan keçən bu yol gələcəkdə Qonaqkənd kimi nadir təbii sərvətlərə malik bir ərazidə turizmin inkişafına da təkan verəcək.скачать dle 11.3
Mojo.az Banner