Mojo.az Banner
23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |     22:39 Dələduzluq edən altı nəfər saxlanıldı  |     22:33 Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO  |     22:28 Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu  |     22:21 Bakıda marketdən 5 min manatlıq oğurluq edilib  |     22:16 DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu (VİDEO)  |     22:10 Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO  |     22:02 Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı  |     21:54 "Qarabağ" yeni formalarını təqdim etdi - VİDEO  |     21:49 Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı  |     21:41 Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı  |     21:35 Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi  |     21:30 "Sabah" TNS-lə görüşdə hesabı açdı - CANLI  |     21:19 “Seltik” “Qarabağ”la razılığa gəldi  |     21:12 Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi  |     21:07 Pensiya alanlara şad xəbər  |     20:59 Rusiyada 14 il əvvəl törədilmiş cinayətlər üzrə ibtidai istintaq tamamlandı  |    
Left Banner
Right Banner

Cəsəd suya qarışıb, su cəsədə: İnsanlar da ordan balıq yeyir - FOTO

06.06.2019 17:23 2 558
Cəsəd suya qarışıb, su cəsədə: İnsanlar da ordan balıq yeyir - FOTO
İnsanlar qəbirlərə qarışmış goldən balıq tutur - Yemirəm deyən də var, yeyrirəm söyləyən də

Pirşağı qəsəbəsində dairəvi yolun sağ tərəfində bir qəbiristanlıq və qəbiristanlığa bitişik bir göl var. Zamanla gölün bir hissəsi qurudulub. Göl qurudulduqca qəbiristanlığa doğru meyl alıb. İndi demək olar ki, məzarların bir hissəsi suyun içindədir.

Pirşağı qəsəbəsində dairəvi yolun sağ tərəfində qəbirstanlıq və qəbirstanlığa bitişik göl

Lakin acınacaqlı məqam başqadır. Uzun müddətdir ki, burada Pirşağı, Kürdəxanı və başqa kəndlərin vətəndaşları balıq tutur.

Bu günlərdə yolum yenə həmin ərazidən düşmüşdü. "Balıqçılara" yaxınlaşıb, məlumat almaq istədim. Dedilər ki, bundan sadəcə məşğuliyyət, boş zamanını dəyərləndirmə, əsəblərini sakitləşdirmək üçün istifadə edirlər.

Yəni tutduqları balıqları yemir və ya satmırlar. Ancaq burada tutduğu balığı evinə apardığını deyən də oldu.

Pirşağı qəsəbəsində dairəvi yolun sağ tərəfində qəbirstanlıq və qəbirstanlığa bitişik göldə balıq tutanlar

Kürdəxanı sakini olduğunu deyən 43 yaşlı İntiqam Həsənovun sözlərinə görə, bir neçə ildir ki, buradan balıq tutur: "Həm əsəblərim sakitlərşir. Həm də axşam evə əlidolu gedirəm. Balıq insan orqanizmi üçün faydalıdır. O ki, qaldı göl suyuna, bu 3 ildə heç nə olmayıbsa, bundan sonra da olmaz".

Kənd sakini deyir ki, bu gölə balıq tutma qadağası qoysalar, bu bir çox adama zərər verə bilər. Çünki imkansız insanlar var ki, məhz ailələrini bu göldən tutduqları balıqla saxlayırlar.

Pirşağı qəsəbəsində dairəvi yolun sağ tərəfində qəbirstanlıq və qəbirstanlığa bitişik göldə balıq tutanlar

Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə göl balığı insan sağlamlığı üçün təhlükəlidir: "Oradan tutulan balıqlar kanalizasiya qoxusu verir. Ərazidə sizin qeyd etdiyiniz kimi qəbiristanlıq olmasa belə, həmin yerin balığı sağlamlıq üçün qorxuludur. Çünki gölün suyu axarlı olmur. Göllər təsərrüfat və məişət suları, yağış suları, yeraltı lay suları hesabına formalaşır".

Həkim əlavə edib ki, əgər ərazidə qəbiristanlıq varsa, bu həmin gölün məhsulunu bir qədər də təhlükəli edir. Çünki insan öldüyü zaman cəsəddə müxtəlif mikrob və bakteriyalar əmələ gəlir: "Əgər gölün suyu məzarlara daxil olursa, deməli su da belə mikroblarla zənginləşir. Oradan tutulan balıq da mikrob və bakteriyalı olur. Bu səbəbdən də məsləhət görərdim ki, vətəndaşlar belə göllərdən balıq tutmasın, belə balıqla qidalanmasınlar.

Pirşağı qəsəbəsində dairəvi yolun sağ tərəfində qəbirstanlıq və qəbirstanlığa bitişik göl


Məsələ ilə bağlı qida eksperti Elsevər Fərzəliyevlə də danışdıq.

Onun sözlərinə görə, bu qəbirlərdə insanlar uyuyursa, onların çürüməsində iştirak edən bütün virus və bakteriyalar suya keçə bilər: "Bu isə orada yaşayan bütün canlılar üçün real təhlükədir. Cəsədlərin çürümə prosesi indi daha intensiv baş verir. Bununla bağlı təcili olaraq Səhiyyə Nazirliyi ayağa qalxmalıdır. Çünki kütləvi xəstəliklər yarana bilər".

//sputnik.azскачать dle 11.3
Mojo.az Banner