Mojo.az Banner
21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisi irlandiyalı turistin itirdiyi şəxsi əşyalarını taparaq ona qaytarıb - VİDEO

01.06.2019 16:41 1 989
Bakı polisi irlandiyalı turistin itirdiyi şəxsi əşyalarını taparaq ona qaytarıb - VİDEO
UEFA Avropa liqasının final oyununda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyununu izləmək üçün Bakıya gələn irlandiyalı turist Horan Philipin itirdiyi şəxsi əşyaları tapılaraq ona qaytarılıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən İrlandiya Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Horan Philip Səbail və Nəsimi rayonu ərazilərində naməlum vəziyyətdə əl çantasını unutduğunu bildirib və onun tapılması üçün kömək istəyib.

Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib.

Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.

İrilandiyalı qonaq polisin ona həyatı boyu unutmayacağı köməklik göstərdiyinə, operativ xidmətinə və fədakarlığına görə, minnətdarlıq edib. Azərbaycanda insanların necə qorunduğunu, necə mühafizə olunduğunu qeyd edən turist bildirib ki, bu, bir avropalı üçün Azərbaycan haqqında, Bakı haqqında bütün yüksək təəssürat yaradır.

Əbu-Dabi universitetində informasiya texnologiyaları üzrə müəllim işləyən Horan Philip gəldiyi ilk gündən polisin turistlərə necə rəftar etdiklərini, UEFA Avropa Liqasının final oyununda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, çoxsaylı azarkeşlər üçün ən yüksək nümunəvi xidməti ilə fərqlənən polisin davranışı, geyimi, ünsiyyət qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, bu barədə yalnız xoş sözlər danışmaq olar.

“Bu gün vətənimə sevinclə qayıdıram, Azərbaycan polisinin fədakarlığı haqqında bir ömür boyu daşıyacağım gözəl xatirəni tanıdığım dostlarımla bölüşəcəyəm”, -deyə qeyd edən Horan Philip əlavə edib ki, Bakıda gördüklərim, yaşadıqlarım və göstərilən kömək qürurvericidir: “Bakı haqqında çox eşitmişdim, oxumuşdum – ancaq gördüklərimlə bir daha şahid oldum ki, mən ölkəniz haqqında yanılmamışam. Hər bir azərbaycanlı fəxr edə bilər ki, onların Vətənində fədakar, qayğıkeş polis var”.скачать dle 11.3
Mojo.az Banner