Bakıda avtomobil 60 yaşlı qadını vuraraq xəsarət yetirib
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Səbayel rayonunda baş verib.
Avtomobil 1959-cu il təvəllüdlü Abşeron rayon sakini İsmayılova Rüxsarə Şükür qızını vurub. Nəticədə piyada xəsarət alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
